Heydər Əliyev Fondu
Sankt-Peterburqdakı Nizami Gəncəvi
bağında bərpa işləri aparıb
Heydər Əliyev Fondu Rusiyanın Sankt-Peterburq şəhərində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan bağın ərazisində yerli şəhər administrasiyası ilə birgə yenidənqurma və abadlaşma işləri aparıb.
Bu barədə
AZƏRTAC-a Fonddan məlumat
verilib.
Qeyd edək ki, şəhərin
sərt iqlim şəraiti dahi şairin əsərlərindən
fraqmentlərin təsvir
olunduğu pannolara və onun abidəsinə
öz təsirini göstərib. Bərpa işləri zamanı
pannoların üzərində
zəruri işlər
aparılıb, qızıl
suyu ilə yazılar və abidə bərpa olunub, ətraf ərazi abadlaşdırılıb.
Dünyanın mədəniyyət mərkəzlərindən
sayılan Sankt-Peterburqda
Nizami Gəncəvinin
abidəsi 2002-ci ildə
açılıb. Nizaminin obrazını Azərbaycan
heykəltəraşı Qəyruş Babayev
yaradıb. 2011-ci ildə isə şairin anadan olmasının 870 illiyi
ilə əlaqədar Heydər Əliyev Fondunun
Rusiya nümayəndəliyinin himayədarlığı
ilə bağda Nizami
Gəncəvinin əsərlərindən fraqmentlərin təsvir
olunduğu pannolar qurulub. Sankt-Peterburq qubernatorunun qərarı ilə bağa Nizami Gəncəvinin
adı verilib.
Azərbaycan.- 2018.-17 oktyabr.- S.5.