Azərbaycan Avropa Şurasına üzv ölkələrin idman
nazirlərinin toplantısında təmsil olunur
Tbilisidə Avropa Şurasının üzvü olan ölkələrin idmana məsul nazirlərinin 15-ci toplantısı işə başlayıb.
AZƏRTAC xəbər verir ki, "İdmanda insan hüquqlarının qorunması: Öhdəliklər və məsuliyyətin bölünməsi” devizi altında keçirilən toplantıya 320-dən çox iştirakçı qatılıb. Tədbirdə Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov təmsil edir.
Toplantıda qeyd edilib ki, əsas məqam idmanda iştirak və mövcudluğun insan hüquqları vasitəsilə təbliğ olunmasıdır. Tədbirdə idmançıların hüquqlarının qorunması, dopinqdən istifadənin qarşısının alınması, ictimaiyyətin hər bir təbəqəsindən olan vətəndaşların idmanla fəal məşğul olmaları üçün daha geniş imkanların yaradılması məsələləri müzakirə edilib. Bununla yanaşı, idmanda insan haqlarının müdafiəsi, məsuliyyət və ümumi öhdəliklər, idmanda korrupsiyaya qarşı mübarizədə fəallığın artırılması da müzakirəyə çıxarılan əsas məsələlərdən olub.
Tədbirin
açılışında Avropa
Şurası baş katibinin
müavini xanım Qabriela
Battaini-Draqoni, Gürcüstanın Baş naziri Mamuka Baxtadze, Avropa Şurasının Nazirlər Komitəsinin
rəhbərliyini təmsil edən, Xorvatiyanın İdmana dair Mərkəzi
Dövlət Ofisinin baş
katibi xanım Yaniça
Kosteliç, Avropa Olimpiya Komitələrinin prezidenti
Yanez Koçiyançiç
və digər rəsmilər iştirak
ediblər.
Azərbaycan.- 2018.-17 oktyabr.- S.5.