Duyğuların tərcümanı
Musiqi insanları
bir-birinə yaxınlaşdırır
Musiqinin bir dili var. Munisi
oldunsa, sehrinə düşdünsə, könül
qapını şəstlə
açıb dünyana
gələcək, duyğularınla
həmsöhbət olacaq. Onun qarşısında
keçilməz sədd,
aşılmaz sərhəd
yoxdur.
Bəşər övladları musiqisiz həyatın yeknəsəq,
cansıxıcı olduğunu
ilk vaxtlardan duydular. Ona görə
hislərini sözdən
qabaq xüsusi ahənglərlə, ritmlərlə
ifadə etdilər.
Bu həqiqət sivilizasiyanın ilk nümunələrində
- daş abidələrdə,
qayaüstü rəsmlərdə
əksini tapdı.
Afrika mağaralarında qayaüstü
rəsmlərdə əlində
musiqi aləti tutmuş insanların təsvirləri, Çin arxeoloqlarının aşkara
çıxardıqıları 2 min illik tarixə malik musiqi alətləri
muzeyi bu mənada olduqca diqqətçəkəndir. Sivilizasiyanın ən qədim
mərkəzlərindən olan Azərbaycanda da insanlar musiqinin
tarixini daşlara həkk etdilər. Qobustandakı qavaldaş daş
dövründə yaşamış
insanların istifadə
etdikləri musiqi alətidir. Qobustan qayalarında qədim
Azərbaycanın "Yallı”
rəqs səhnələri
təsvir olundu.
Musiqi nələrə
qadirdir
Əslində, bu sualı belə qoymaq daha doğru
olar: "Musiqi nələrə qadir deyil?” Onda bütün hislərin,
duyğuların ifadəsini
tapmaq mümkündür.
Kədərinə yoldaş,
sevincinə şərik
ola bilir.
Bəzən müəllifləri
belə unudulmuş, bəzənsə kimin bəstəsi olduğunun heç fərqinə varmadan dinlədiyimiz musiqilər ürəyimizə
o qədər yatır,
ruhumuza elə xoş gəlir, düşünürük ki,
sanki bizim üçün yazılıb...
Bu hislər hər
gələn nəsillə
birlikdə yenilənəcək.
Heç
zaman qocalmayan, zamansız musiqi İlahinin bəşər
övladına bəxş
etdiyi misilsiz gözəllik, böyük
nemətdir.
Musiqi güclüdür, qüdrətlidir. Ruhuna sığal
çəkirsə, qəlbini
oxşayırsa, ovsunlayacaq.
Eyni ilə əsrarəngiz Azərbaycan
muğamlarının, xalq
mahnılarının Yer
kürəsinin müxtəlif
guşələrində yaşayan,
dili, dini ayrı çox insanı cazibəsinə saldığı kimi... Yəqin ona görə ki, onların hər biri öz
daxili dünyasında
muğamlarımızda əks
olunan sevginin sonsuzluğunu, hicran yanğısını görə,
duya bilir.
Azərbaycan musiqisində
Üzeyir Hacıbəyli
ənənəsi
Doğma musuqi həm də kökə bağlılıqdır. Nə qədər
dünya musiqisindən
görüb-götürsələr də, çağdaşlaşsalar
da, millilik unudulmamalıdır. Azərbaycan musiqi
sənətinin ən
böyük uğuru da bu oldu.
Təkcə doğma xalqının musiqisini deyil, rus və
dünya klassik musiqisini də dərindən bilən, mənalı ömrünün
qırx beş
ilə qədərini
Azərbaycan mədəniyyətinin,
musiqisinin inkişafına,
dünyada tanıdılmasına,
təbliğinə həsr
edərək misilsiz işlər görən Üzeyir Hacıbəyli böyük bir məktəbin bünövrəsini
qoydu. Pərəstişkarı olduğumuz Üzeyir
bəy və onun sənət yolunu davam etdirən
istedadlı bəstəkarlarımız
xalqın musiqi xəzinəsindən bəhrələnərək,
dünya musiqisini öyrənərək yeni
əsərlər yazdılar.
Bu ənənə indi də davam
etdirilir.
Dünya musiqisinin incilərini dönə-dönə dinləməkdən
zövq aldığımız
kimi, müxtəlif ölkələrdə yaranan
yeni üslub və janrların da təsirinə düşməmək mümkünsüzdür. Vətəni İtaliya olan klassik opera da sonralar bütün Avropada məşhurlaşdı.
Ötən əsrin əvvəllərində
pedaqoq, jurnalist, redaktor kimi tanınan
Üzeyir Hacıbəyli
daha bir yenilik etdi. O, "Leyli və Məcnun”
operası ilə təkcə Azərbaycanda
deyil, Yaxın Şərqdə ilk opera yazan
bəstəkar kimi tarixə düşdü.
Üzeyir bəyin yeni
əsəri sevinclə
qarşılandı. 1908-ci il yanvarın
12-də Bakıda Hacı
Zeynalabdin Tağıyevin
teatrında təqdim edilən "Leyli və Məcnun” operasının premyerası
böyük səs-səda
yaratdı. Tamaşa haqqında dövrün
əksər mətbuat
orqanlarında xəbərlər,
tərif dolu məqalələr dərc
olundu.
XX əsrin
ikinci onilliyi Azərbaycan musiqi sənətində başqa
bir yeniliklə yaddaqalan oldu. 1911-ci ildə Şövkət Məmmədova vokal dərsi almaq üçün İtaliyaya
yollandı. Milan Konservatoriyasına qəbul
edisə də, yeniyetmə qızın təhsilinə maneələr
yaradanlar tapıldı.
Ancaq o, məqsədindən dönmədi
və bir qədər gec də olsa, arzusuna
yetdi.
Böyük ərazilərə
sahiblənən, on beş respublikanı hökmü altında saxlayan sovet hökuməti sosializmin
tam qələbəsini təmin
etmək üçün
qapılarını kapitalist
ölkələrinin üzünə
möhkəm bağlasa
da, bir sıra
sahələrdə müəyyən
güzəştlərə getməli oldu. Bunlardan biri də musiqi
sənəti idi.
1920-ci illərin sonunda, sovet hakimiyyəti quruculuğunun
ilk illərində Bülbül
və Şövkət
Məmmədova staj keçmək üçün
birlikdə İtaliyanın
"La Skala” Opera Teatrına
göndərildilər. Azərbaycanın bu istedadlı
vokalçıları klassik
vokal-opera məktəbi
ilə məşhur olan İtaliyada qabaqcıl pedaqoqlardan dərs aldılar. Onlardan sonra sovet hökuməti
uzun illər Azərbaycandan İtaliyaya
musiqi təhsili almağa kimsəni göndərmədi. Təqdirəlayiqdir ki, SSRİ xalq artistləri Şövkət
Məmmədova və
Bülbül Azərbaycan
Dövlət Konservatoriyasında
pedaqoji fəaliyyət
göstərərək vokal
dərsi keçdilər.
Respublikamızdan İtaliyaya, "La Skala” teatrında staj keçməyə 1964-cü ildə
gənc vokalçı
Müslüm Maqomayev gedə bildi. Ondan sonra
da doqquz illik fasilə yarandı. Nəhayət, 1975-ci ildə Azərbaycan
Opera və Balet Teatrının solisti, tanınmış opera müğənnisi
Lütfiyar İmanov
"La Skala” teatrında
staj keçdi.
Musiqi sənətimizi
yaşadanlar
Sovet hökuməti xarici ölkələrdə nəinki
təhsil almaq, həm də qastrol səfərlərinə
çıxmaq imkanlarını
məhdudlaşdırmışdı. Daha doğrusu,
yalnız dövlətin
razılığı və
göndərişi ilə
Sovet Sosialist Respublikaları İttifaqının
(SSRİ) hüdudlarını keçmək mümkün
idi. Əvəzində Azərbaycandan asanlıqla
Sovet İttifaqının
paytaxt şəhərinə
- Moskvaya və Leninqrada (indi Sankt-Peterburq) gedib konservatoriya təhsili almaq olardı. Bir də o illərdə artıq Üzeyir Hacıbəylinin böyük
zəhmətlə qurduğu,
SSRİ-dən ən yaxşı pedaqoqları dəvət etdiyi Azərbaycan Dövlət Konservatoriyası fəaliyyət
göstərirdi. Üzeyir
bəydən dərs almış, onun qayğısını, xeyirxahlığını
görmüş böyük
Azərbaycan bəstəkarları
- Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Cahangir Cahangirov və başqaları musiqi xəzinəmizi öz bənzərsiz əsərləri ilə zənginləşdirirdilər. Onların ölməz əsərlərini
tanıdan, məşhurlaşdıran
bir də maestro Niyazinin misilsiz dirijorluq məharəti idi.
Qeyd etdiyimiz kimi, Sovet İttifaqından xarici ölkələrə
qastrol səfərlərinə
göndərilən musiqiçilər,
müğənnilər xüsusi
diqqətlə seçilirdi. Müttəfiq respublikalardan, o cümlədən
sovet Azərbaycanından
Moskvanın icazə verdiyi sənətçilər
dünya səhnələrində
çıxış edə
bilirdilər. O illərdə
Müslüm Maqomayev,
Zeynəb Xanlarova, İslam Rzayev, Rəşid Behbudov, kaman ustası Habil Əliyev və başqa sənətkarlar yalnız
Sovet İttifaqının
ərazilərində deyil,
xarici ölkələrdə
də məşhurlaşmışdılar.
1990-cı illərdə
Azərbaycan yenidən
müstəqilliyinə qovuşdu. İlk illərdə
ölkəmiz böhranla
üzləşdi. Siyasi, iqtisadi,
sosial, mədəni sahələri əhatə
edən çətinlikləri
həll etmək asan olmadı. Həmin vaxtlar musiqi sənəti də ağır problemlərlə
qarşılaşdı. Bəzi sənət adamları Azərbaycanı tərk etdi. Ancaq ölkəmiz bu
sınaqların da öhdəsindən gələ
bildi.
İndi azad Azərbaycanın musiqi sənətini təbliğ etmək yolunda heç bir maneə yoxdur. Dünyanın istənilən ölkəsində
musiqi təhsili almaq və bəstəkarlarımızın
əsərlərini tanıtmaq
üçün imkanlar
var. Azərbaycan dünya
musiqisinin inkişafına
da öz töhfələrini verir.
Neçə-neçə istedadlı gənc
bəstəkarımız xalqımızın
və ümumilikdə
dünya musiqi xəzinəsinin nailiyyətlərini
dərindən öyrənir,
bu sənətdə öz dəst-xətlərini,
üslublarını yaratmağa
çalışırlar.
Təqdirəlayiqdir ki, Azərbaycan musiqisi bu gün beynəlxalq aləmdə təbliğ olunur. Musiqi kollektivlərimiz beynəlxalq müsabiqələrdə çıxış edərək xalqımızın bənzərsiz musiqisini nümayiş etdirir. Heydər Əliyev Fondunun təşkilatçılığı, Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan musiqisinin tarixi ənənələri UNESCO tərəfindən qorunmaqdadır.
Azərbaycanın zəngin musiqi mədəniyyətinin təbliği istiqamətində həyata keçirilən tədbirlərdən biri də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə 18-26 sentyabr tarixində təşkil edilən Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı oldu. 2009-cu ildən başlayaraq ölkəmizdə hər il keçirilən və dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş beynəlxalq musiqi festivalı böyük əks-səda yaradıb. Festival konsertlərində müxtəlif ölkələrin tanınmış musiqiçiləri, bədii kollektivləri, solistləri və dirijorları iştirak ediblər.
Bu il onuncu dəfə təşkil olunan beynəlxalq festivalda Rusiya, ABŞ, Türkiyə, İtaliya və Slovakiyadan tanınmış musiqiçilər və kollektivlər - T.Dokşitser adına "New life brass” kvinteti, "Dədə Qorqud” kamera orkestri, Murad Kajlayev, Murad Annamamedov, Sergey Roldugin, Pavel Milyukov, Azər Dəmirov, Fərhad Aşumov və başqalarının iştirakı ilə 30-a yaxın tədbir keçirildi.
Belə tədbirlərin keçirilməsi Azərbaycanın zəngin musiqisinin təbliğində və istedadlı musiqiçilərinin tanınmasında böyük rol oynamaqla yanaşı, onların inkişafında misilsiz xidmətlər göstərir.
Zöhrə FƏRƏCOVA
Azərbaycan. -
2018.-17 oktyabr.- S.8.