Azərbaycan nümayəndə heyəti Pekin şəhərinə yola
düşüb
Oktyabrın 17-də Baş nazirin müavini, YAP sədrinin müavini – İcra katibi Əli Əhmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikasının himayəsi ilə keçirilən Tayhu Dünya Mədəniyyət Forumunun 5-ci illik Konfransında iştirak etmək üçün Pekin şəhərinə yola düşüb.
Bu barədə
AZƏRTAC-a Nazirlər Kabinetinin mətbuat
xidmətindən məlumat verilib.
Azərbaycan.- 2018.- 18 oktyabr.- S.3.