Bakıda Türkmənistanın milli bayramı qeyd edilib

 

Oktyabrın 17-də Türkmənistanın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkmənistanın dövlət himnləri səsləndirildikdən sonra səfir Mekan İşanquliyev tədbirdə çıxış edərək ölkəsinin müstəqillik tarixindən danışıb.

Türkmənistan ilə Azərbaycanı dostluq qardaşlıq əlaqələrinin birləşdirdiyini söyləyən səfir qeyd edib ki, bu əlaqələrin yaradılmasında iki xalqın əsrlərboyu davam edən mədəni, milli ənənələrinin böyük rolu var. Diplomat ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsində dövlət başçılarının görüşlərinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Səfir Türkmənistan-Azərbaycan münasibətlərinin inkişafının siyasi, humanitar, iqtisadi, mədəni sahələrdə özünü göstərdiyini deyib. O, ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığını, enerji nəqliyyat sahələrində layihələrin həyata keçirildiyini bildirib.

Azərbaycan Hökuməti adından Türkmənistan xalqını əlamətdar bayram münasibətilə təbrik edən Baş nazirin müavini Hacıbala Abutalıbov deyib ki, Azərbaycan ilə Türkmənistan arasında tarixən dostluq qardaşlıq əlaqələri mövcud olub. Dövlətlərimizin başçıları səviyyəsində həyata keçirilən səfər mübadilələri əməkdaşlığımızın genişlənməsinə töhfəsini verir. Bu baxımdan 2017-ci ilin avqust ayında Bakı şəhərində prezidentlər İlham Əliyev Qurbanqulu Berdiməhəmmədov tərəfindən imzalanmış Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə xüsusi əhəmiyyət kəsb edir. Yüksək səviyyəli qarşılıqlı səfərlər görüşlər xalqlarımız arasında dostluq qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcək.

Baş nazirin müavini vurğulayıb ki, 2017-ci ildə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolunun təqdim etdiyi tranzit imkanlardan Türkmənistanın faydalanması ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişlənməsinə təkan verəcək.

Hacıbala Abutalıbov Azərbaycan-Türkmənistan əlaqələrinin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Tədbirdə rəsmi şəxslər, deputatlar, diplomatlar, KİV nümayəndələri iştirak ediblər.

 

Azərbaycan.- 2018.- 18 oktyabr.- S.3.