Senatorlar Temmi Dakuort və
Riçard Durbin ABŞ-da yaşayan azərbaycanlıları
təbrik ediblər
İllinoys ştatından olan senatorlar Temmi Dakuort və Riçard Durbin Azərbaycan Respublikasının müstəqilliyinin bərpa edilməsinin 27-ci ildönümü münasibətilə İllinoys Azərbaycan icmasının üzvlərinə təbrik məktubları göndəriblər.
AZƏRTAC xəbər verir ki, təbrik məktubları ABŞ-ın Orta Qərb ştatları üzrə Azərbaycan mərkəzinə ünvanlanıb. Məktublarda vurğulanır ki, bu təşkilatın fəaliyyəti, onun həyata keçirdiyi təhsil və xeyriyyə tədbirləri Çikaqonun ictimai həyatını zənginləşdirir. Təşkilatın üzvləri Amerika gənclərini Azərbaycan xalqının tarixi ilə, bu xalqa xas olan dəyərlərlə tanış edirlər.
Müraciətdə həmçinin
göstərilir ki, bütün
dünyadakı 50 milyondan çox
azərbaycanlı, o cümlədən
ABŞ-dakı 400 minlik Azərbaycan
icması müstəqil Azərbaycanı quranların bu işə töhfəsini
xatırlayırlar.
Azərbaycan.-
2018.- 18 oktyabr.- S.4.