Azərbaycan ilə Çexiya
arasında hərbi əməkdaşlığın
hazırkı vəziyyəti barədə fikir
mübadiləsi aparılıb
Çex Respublikasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov burada keçirilən "Beynəlxalq gələcək qüvvələr sərgisi 2018”də iştirak edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 17-də sərginin rəsmi açılış mərasimindən sonra general-polkovnik Z.Həsənovun çexiyalı həmkarı Lubomir Metnar ilə ikitərəfli görüşü keçirilib.
Görüşdə Azərbaycan
ilə Çexiya arasında hərbi əməkdaşlığın
hazırkı vəziyyəti, inkişaf
perspektivləri, eləcə də regiondakı təhlükəsizlik
məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
Azərbaycan.-
2018.- 18 oktyabr.- S.4.