Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8 (III kitab), maddə 586, ¹ 12, maddə 835; 2001, ¹ 7, maddə 455; 2002, ¹ 1, maddə 9, ¹ 5, maddələr 237, 240, 244, ¹ 8, maddə 463; 2004, ¹ 6, maddə 399; 2005, ¹ 4, maddə 278; 2006, ¹ 11, maddə 929; 2007, ¹ 8, maddə 756, ¹ 11, maddə 1049, ¹ 12, maddələr 1197, 1218; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddələr 602, 607; 2010, ¹ 3, maddə 171, ¹ 4, maddə 275, ¹ 7, maddə 591; 2011, ¹ 2, maddələr 70, 71, ¹ 6, maddə 473, ¹ 7, maddə 600, ¹ 12, maddə 1107; 2012, ¹ 5, maddə 406, ¹ 11, maddələr 1056, 1063; 2013, ¹ 8, maddə 889; 2015, ¹ 10, maddə 1107, ¹ 11, maddə 1271; 2016, ¹ 6, maddələr 981, 1000; 2017, ¹ 6, maddə 1058, ¹ 12 (I kitab), maddə 2268; 2018, ¹ 5, maddə 881, ¹ 7 (I kitab), maddə 1422) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci 2.2-ci maddələrə "çəkilməsisözündən sonra

", habelə cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqisözləri əlavə edilsin.

2. 6-cı maddədən "məhkumlarasözü "məhkəmənin bu hökmü dəyişənsözləri çıxarılsın.

3. 7-ci maddəyə birinci halda "məhkumlarınsözündən sonra " barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilən hüquqi şəxslərinsözləri əlavə edilsin.

4. III fəslin 15-ci maddənin adına "Cəzanısözündən sonra " cinayət-hüquqi xarakterli digər tədbirlərisözləri əlavə edilsin.

5. 15.1-ci maddədə " əmlak müsadirəsi növündə cəzalarsözləri "növündə cəza xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirisözləri ilə əvəz edilsin.

6. Aşağıdakı məzmunda 15.1-1-ci 15.1-2-ci maddələr əlavə edilsin:

"15.1-1. Hüquqi şəxslərə tətbiq edilən cərimə xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirlər hüquqi şəxsin olduğu yerin icra məmuru tərəfindən icra edilir.

15.1-2. Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrumetmə hüquqi şəxsi ləğvetmə növündə cinayət-hüquqi tədbirlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.”.

7. XVIII fəslin adından ", əmlak müsadirəsisözləri çıxarılsın.

8. 160-165-ci maddələr ləğv edilsin.

9. Aşağıdakı məzmunda VIII bölmə əlavə edilsin:

 

"VIII bölmə

Cinayət-hüquqi tədbirlərin icrası

XXII fəsil

Xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirinin icrası

Maddə 183. Xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirinin icrası qaydası

 

183.1. Xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirinin tətbiq edilməsi barədə yekun qərar çıxarmış məhkəmə həmin qərar qanuni qüvvəyə mindikdən sonra onun surətini, qərarın icrası barədə göstərişi əmlakın siyahısının surətini icra məmuruna göndərir bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir.

183.2. Məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir.

Maddə 184. Xüsusi müsadirə cinayət-hüquqi tədbirinin icrası zamanı icra məmurunun vəzifələri

184.1. İcra məmuru məhkəmənin yekun qərarının surətini, qərarın icrası barədə göstərişi aldıqdan sonra dərhal əmlak siyahısında göstərilən əmlakın mövcudluğunu yoxlayır.

184.2. Müsadirə edilən əmlak plomblanır ya möhürlənir bu barədə tərtib edilmiş müvafiq siyahıda qeydlər edilir.

184.3. Müsadirə edilən əmlakın saxlanılması üçün icra məmuru tərəfindən tədbirlər həyata keçirilməlidir.

 

Maddə 185. Xüsusi müsadirə edilməli əmlakla əlaqədar digər şəxslərin vəzifələri

 

185.1. Xüsusi müsadirə edilməli əmlak hüquqi ya fiziki şəxslərdə, yaxud dövlət qurumunda olarsa, onlar bu barədə məhkəməyə ya müvafiq icra hakimiyyəti orqanına xəbər verməlidirlər.

185.2. Hüquqi fiziki şəxslər, həmçinin dövlət qurumları onlara saxlanılmaq üçün verilən müsadirə edilən əmlakın qorunub-saxlanılmasını təmin etməlidirlər.

185.3. Müsadirə edilən əmlakın gizlədilməsinə, israf edilməsinə, özgəninkiləşdirilməsinə ya dəyişdirilməsinə görə təqsirli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Maddə 186. Xüsusi müsadirə edilmiş əmlakın müvafiq icra hakimiyyəti orqanına verilməsi

186.1. Barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilən şəxsin müsadirə edilmiş əmlakı, bu əmlak barəsində irəli sürülən bütün tələblər qanunla müəyyən edilmiş qaydada təmin edildikdən sonra müvafiq icra hakimiyyəti orqanına verilir.

186.2. Xüsusi müsadirə edilmiş əmlakın dövlət nəfinə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 187. Məhkəmənin yekun qərarının icrasından sonra aşkar edilmiş əmlakın müsadirəsi

 

Xüsusi müsadirə cinayət-hüquqi tədbiri icra edildikdən sonra barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilən şəxsin xüsusi müsadirə olunmalı olan digər əmlakı aşkar edildiyi hallarda, icra məmuru yekun qərar çıxarmış məhkəməyə ya yekun qərarın icra edildiyi yerin məhkəməsinə həmin əmlakın müsadirə edilməsi barədə təqdimat verir.

 

XXIII fəsil

Hüquqi şəxslər barəsində tətbiq edilən cinayət-hüquqi tədbirlərin icrasının xüsusiyyətləri

Maddə 188. Cərimə xüsusi müsadirə növündə cinayət-hüquqi tədbirin icrası qaydası

 

188.1. Hüquqi şəxslər barəsində tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbir Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-2-ci fəslinin xüsusiyyətləri nəzərə alınmaqla, bu məcəllənin IV fəslinə uyğun olaraq icra edilir.

188.2. Hüquqi şəxslər barəsində tətbiq edilən xüsusi müsadirə növündə cinayət-hüquqi tədbir Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15-2-ci fəslinin xüsusiyyətləri nəzərə alınmaqla, bu məcəllənin XXII fəslinə uyğun olaraq icra edilir.

Maddə 189. Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirin icrası qaydası

189.1. Hüquqi şəxsi müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə cinayət-hüquqi tədbirin tətbiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarının surəti icra edilməsi üçün dərhal hüquqi şəxsin olduğu yerin icra məmuruna göndərilir.

189.2. Hüquqi şəxs müəyyən fəaliyyət növünü lisenziya ya icazə əsasında həyata keçirdikdə, icra məmuru məhkəmə qərarının surətini 3 (üç) gün müddətində lisenziya (icazə) verən orqana göndərir. Həmin orqan qərarın surətini aldığı gündən 3 (üç) gün müddətində lisenziyanı (icazəni) ləğv edir bu barədə icra məmuruna məlumat verir.

189.3. Hüquqi şəxs müəyyən fəaliyyət növünü lisenziya ya icazə əsasında həyata keçirmədikdə, icra məmuru 3 (üç) gün müddətində məhkəmə qərarının surətini hüquqi şəxslərin dövlət reyestrinə müvafiq fəaliyyət növü ilə məşğul olma hüququndan məhrum etmə barədə qeydin 10 (on) gün ərzində daxil edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq dəyişiklik dövlət qeydiyyatına alındıqdan sonra 2 (iki) gün müddətində icra məmuruna məlumat verilir.

 

Maddə 190. Hüquqi şəxsi ləğv etmə növündə cinayət-hüquqi tədbirinin icrası qaydası

 

190.1. Hüquqi şəxsi ləğv etmə haqqında məhkəmənin yekun qərarı ilə ləğv etmə komissiyasına (təsviyəçiyə) hüquqi şəxsin ləğvini həyata keçirmək vəzifələri həvalə olunur. Həmin qərar qanuni qüvvəyə mindikdən dərhal sonra onun surəti icra edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına, habelə cinayət-hüquqi tədbirin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir.

190.2. Hüquqi şəxsin ləğvi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq həyata keçirilir.

190.3. Hüquqi şəxsin ləğvi başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanı 3 (üç) gün müddətində bu barədə yekun qərarı çıxarmış məhkəməyə cinayət-hüquqi tədbirin icrasına nəzarəti həyata keçirən icra məmuruna məlumat verir.”.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 oktyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 19 oktyabr.- S.2.