“Azərbaycan Respublikası Əmək
Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli
Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikası
Əmək Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanını "Azərbaycan
Respublikasının Əmək
Məcəlləsində dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2018-ci il 12 iyun tarixli 1188-VQD nömrəli
Qanununa uyğunlaşdırmaq
məqsədi ilə qərara alıram:
"Azərbaycan
Respublikası Əmək
Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 15
aprel tarixli 122 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1999, ¹ 4, maddə 231; 2000, ¹ 3 (I kitab), maddə 159; 2008, ¹
7, maddə 611, ¹ 8, maddə
719, ¹ 10, maddə 896; 2009, ¹ 2, maddə 71, ¹ 12, maddələr
977, 987; 2011, ¹ 7, maddə 633; 2012, ¹ 6, maddə 545; 2014, ¹ 7, maddə
791, ¹ 11, maddə 1408, ¹ 12, maddə
1570; 2015, ¹ 1, maddə 20; 2016, ¹ 6, maddə 1050) 2-ci hissəsinin
on dördüncü abzasına
"səlahiyyətlərini” sözündən sonra
"dövlət ümumi
təhsil müəssisələrində
işləyən təhsilverənlərə
münasibətdə Azərbaycan
Respublikasının Təhsil
Nazirliyi, praktik tibb və əczaçılıq
fəaliyyəti ilə
məşğul olan işçilərə münasibətdə
isə” sözləri
əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
18 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 19 oktyabr.- S.2.