İtaliya Senatının sədri ulu öndər
Heydər Əliyevin məzarını və Şəhidlər
xiyabanını ziyarət edib
Azərbaycanda səfərdə olan İtaliya Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellatinin başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 18-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.
AZƏRTAC xəbər verir ki, sonra Şəhidlər xiyabanına gedən nümayəndə heyəti ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzüb, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan
paytaxtının mənzərəsini seyr
edən qonaqlara Şəhidlər
xiyabanının tarixi və
paytaxtımızda aparılan abadlıq-quruculuq işləri
barədə məlumat verilib.
Azərbaycan.-
2018.- 19 oktyabr.- S.2.