Azərbaycanın müdafiə naziri
“Czechoslovak Group” holdinqin rəhbərliyi ilə görüşüb
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çex Respublikasına səfəri çərçivəsində bu ölkənin iri sənaye holdinqi - "Czechoslovak Group”un rəhbərliyi ilə görüşüb.
Müdafiə
Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki,
görüşdə qarşılıqlı maraq
doğuran məsələlər ətrafında
geniş fikir
mübadiləsi aparılıb, holdinqə daxil
olan müdafiə sənayesi şirkətlərinin
fəaliyyəti və onların istehsal
etdikləri məhsullar barədə brifinqlər təqdim
olunub.
Azərbaycan.-
2018.- 20 oktyabr.- S.5.