İtaliya Senatının sədrinə Azərbaycan Dillər Universitetinin fəxri doktoru
diplomu təqdim edilib
Azərbaycanla İtaliya arasındakı münasibətlər və əməkdaşlıq yüksək səviyyədədir. Qarşılıqlı səfərlər və mövcud münasibətlər səmimi dostluğun bariz nümunəsidir.
AZƏRTAC xəbər verir ki, İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellati bu fikirləri Azərbaycan Dillər Universitetində səsləndirib.
İtaliya Senatının sədri Azərbaycan Dillər Universitetində Dünyada XVIII italyan dili həftəsi çərçivəsində keçirilən "İtalyan dili və şəbəkə, italyan dilinin şəbəkələri” mövzusunda seminarda iştirak edib.
Universitetin rektoru, akademik Kamal Abdulla ali məktəbdə digər xarici dillərlə yanaşı, italyan dilinin də tədris olunduğunu deyib. Diqqətə çatdırıb ki, hazırda bu təhsil ocağında italyan dili kafedrası və mərkəzi fəaliyyət göstərir. Universitetin Elmi Şurasının qərarı ilə İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellati Azərbaycan-İtaliya arasında ictimai-siyasi, humanitar və elm sahəsində münasibətlərin, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsindəki töhfələrinə görə bu ali təhsil ocağının fəxri doktoru adına layiq görülüb.
Maria Elisabetta
Alberti Kasellatiyə fəxri doktor diplomu və mantiya təqdim olunub.
Sonra Kamal Abdullayev özünün
"Yarımçıq əlyazma”
romanının italyan
dilində nəşrini
qonağa təqdim edib.
Maria Elisabetta
Alberti Kasellati İtaliya Konstitusiyasının
müxtəlif dillərə
tərcümə olunan
nəşrlərini Azərbaycan
Dillər Universitetinə
hədiyyə edib. Diqqətə çatdırıb ki, yüksəksəviyyəli qarşılıqlı
səfərlər, ölkələrimiz
arasında münasibətlər
səmimi dostluğun bariz nümunəsidir.
Universitetin tələbəsi "Amiamo
l'Italia” mahnısını
səsləndirib.
Sonda Maria Elisabetta Alberti Kasellati fəxri qonaqlar kitabına ürək sözlərini
yazıb.
Azərbaycan.-
2018.- 20 oktyabr.- S.5.