“Azərbaycan Respublikasının
1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu
ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında daimi yaşayan
vətəndaşlığı olmayan
şəxslərin xüsusi sənədləri
haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2018-ci il
12 oktyabr tarixli 1284-VQD nömrəli Qanununun tətbiqi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər
tutaraq, "Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr
tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxslərin xüsusi sənədləri
haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2018-ci il 12 oktyabr tarixli
1284-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə
əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi
ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 oktyabr
2018-ci il
Azərbaycan.-
2018.- 21 oktyabr.- S.5.