Azərbaycan Respublikasının Cəzaların
İcrası Məcəlləsində dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
6-cı bəndini rəhbər
tutaraq, Azərbaycan Respublikasının Cəzaların
İcrası Məcəlləsini
"Azərbaycan Respublikasının
Cinayət-Prosessual Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2017-ci il 1 dekabr tarixli 914-VQD nömrəli
Qanununa uyğunlaşdırmaq
məqsədi ilə qərara alır:
Azərbaycan Respublikasının
Cəzaların İcrası
Məcəlləsində (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000, ¹ 8 (III kitab),
maddə 586, ¹ 12, maddə
835; 2001, ¹ 7, maddə 455; 2002, ¹ 1, maddə 9, ¹ 5, maddələr
237, 240, 244, ¹ 8, maddə 463; 2004, ¹ 6, maddə 399; 2005, ¹ 4, maddə
278; 2006, ¹ 11, maddə 929; 2007, ¹ 8, maddə 756, ¹ 11, maddə
1049, ¹ 12, maddələr 1197, 1218; 2008, ¹ 6,
maddə 462, ¹ 7, maddələr
602, 607; 2010, ¹ 3, maddə 171, ¹ 4, maddə 275, ¹ 7, maddə
591; 2011, ¹ 2, maddələr 70, 71, ¹ 6, maddə 473, ¹ 7, maddə
600, ¹ 12, maddə 1107; 2012, ¹ 5, maddə 406, ¹ 11, maddələr
1056, 1063; 2013, ¹ 8, maddə 889; 2015, ¹ 10, maddə 1107, ¹ 11, maddə
1271; 2016, ¹ 6, maddələr 981, 1000; 2017,
¹ 6, maddə 1058, ¹ 12 (I kitab),
maddə 2268; 2018, ¹ 5, maddə
881, ¹ 7, maddə 1422) aşağıdakı
dəyişikliklər edilsin:
1. 68.1-ci maddənin
üçüncü cümləsinə
"müvafiq” sözündən
sonra "ərazi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən” sözləri
əlavə edilsin.
2. 171-ci maddə üzrə:
2.1. maddənin
adına "şəxslərin”
sözündən sonra
"cəzasının müəyyən
müddətə azadlıqdan
məhrum etmə növündə cəza ilə əvəz edilməsi və ya” sözləri əlavə edilsin;
2.2. 171.1-ci maddəyə
"cəzadan” sözündən
əvvəl "cəzasının
müəyyən müddətə
azadlıqdan məhrum
etmə növündə
cəza ilə əvəz edilməsi və ya” sözləri
əlavə edilsin;
2.3. 171.2-ci maddədə
"onun” sözündən
sonra "cəzasının
müəyyən müddətə
azadlıqdan məhrum
etmə növündə
cəza ilə əvəz edilməsi və ya” sözləri
əlavə edilsin və həmin maddədə "altı
ay” sözləri "bir
il” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
12 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 21 oktyabr.- S.4.