“15 yaşı tamam olmamış Azərbaycan
Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
10-cu bəndini rəhbər
tutaraq, "15 yaşı
tamam olmamış Azərbaycan Respublikası
vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının
Qanununu "Azərbaycan
Respublikasının Cinayət-Prosessual
Məcəlləsində dəyişikliklər
edilməsi haqqında”
Azərbaycan Respublikasının
2017-ci il 1 dekabr tarixli 914-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi
ilə qərara alır:
"15 yaşı
tamam olmamış Azərbaycan Respublikası
vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 2, maddə
83, ¹ 11, maddə 1364; 2015, ¹ 6, maddə 682) 5.1-ci maddəsinin
birinci cümləsində
"və ona alternativ” sözləri
", ev dustaqlığı
və ya girov” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
12 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 21 oktyabr.-
S.4.