Azərbaycan Respublikasının 1997-ci il
30 dekabr tarixli 421-IQ
nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxslərin xüsusi
sənədləri haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
10-cu bəndini rəhbər
tutaraq, Azərbaycan Respublikasının 1997-ci il
30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxslərin
xüsusi sənədləri
haqqında Əsasnamə”ni
"Azərbaycan Respublikasının
Cinayət-Prosessual Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2017-ci il
1 dekabr tarixli 914-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi
ilə qərara alır:
Azərbaycan Respublikasının
1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1998, ¹ 3, maddə
136; 2001, ¹ 11, maddə 669; 2002, ¹ 6, maddə 328; 2006, ¹ 2, maddə
64, ¹ 11, maddə 933; 2007, ¹ 11, maddə 1053; 2008, ¹ 8, maddə
701, ¹ 10, maddə 886; 2009, ¹ 4, maddə 211, ¹ 7, maddə
519; 2011, ¹ 12, maddə 1087; 2012, ¹ 2, maddə 49; 2013, ¹ 3, maddə
231, ¹ 11, maddə 1309; 2014, ¹ 11, maddə 1338) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında
daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri
haqqında Əsasnamə”nin
22-ci maddəsinin birinci
hissəsində "və
ona alternativ” sözləri ", ev dustaqlığı və
ya girov” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
12 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 21 oktyabr.- S.5.