“Həbs yerlərində saxlanılan şəxslərin
hüquq və azadlıqlarının təmin
edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər
tutaraq, "Həbs yerlərində saxlanılan
şəxslərin hüquq
və azadlıqlarının
təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu
"Azərbaycan Respublikasının
Cinayət-Prosessual Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2017-ci il 1 dekabr tarixli 914-VQD nömrəli
Qanununa uyğunlaşdırmaq
məqsədi ilə qərara alır:
"Həbs yerlərində saxlanılan
şəxslərin hüquq
və azadlıqlarının
təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2012, № 7, maddə 641; 2014, № 4, maddə 347,№ 7, maddə
767; 2016, № 6, maddə 987) aşağıdakı
dəyişikliklər edilsin:
1. 48.2.2-ci maddəyə
"başa çatdıqda”
sözlərindən sonra
"və həbsdə
saxlamanın son müddəti
Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin
159.8-159.10-cu maddələrində nəzərdə tutulmuş
qaydada uzadılmadıqda”
sözləri əlavə
edilsin.
2. Aşağıdakı
məzmunda 48.2.2-1-ci maddə
əlavə edilsin:
"48.2.2-1. Azərbaycan
Respublikası Cinayət-Prosessual
Məcəlləsinin 159.8-159.10-cu maddələrində nəzərdə
tutulmuş qaydada uzadılmış həbsdə
saxlanılma müddəti
başa çatdıqda;”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
12 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 21 oktyabr.-
S.5.