“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin
təmin edilməsi və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi
ilə bağlı tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli
504 nömrəli Fərmanında dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli
111 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikasının
Mənzil Məcəlləsində
dəyişikliklər edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2017-ci il 13 iyun tarixli 739-VQD nömrəli
Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 2, maddə
118; 2016, ¹ 5, maddə 862, ¹ 8, maddələr 1373, 1384; 2017, ¹ 1, maddə 46, ¹ 7, maddə
1345, ¹ 12 (I kitab), maddə
2340) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının İqtisadiyyat
Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı
məzmunda 3.0.63-1-ci yarımbənd
əlavə edilsin:
"3.0.63-1. Azərbaycan
Respublikasının Mənzil
Məcəlləsinin tələblərinə
idarəedici subyektlərin
riayət etmələrinə
nəzarəti həyata
keçirmək, həmçinin
çoxmənzilli binanın
idarə edilməsi qaydasına uyğun olaraq sahə mülkiyyətçiləri (sakinlər)
ilə müqavilələr
bağlanılmasını tələb etmək, müvafiq qanunvericiliyin tələblərinə əməl
olunması vəziyyətinin
araşdırılması üçün
mənzil münasibətlərinin
iştirakçılarından məlumatlar almaq, onları təhlil etmək, habelə bu yarımbənddə qeyd edilən məsələlərə dair
daxil olmuş müraciətlər üzrə
zəruri tədbirlər
görmək;”.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti hüquqi nəticə yaradan hərəkətləri dövlətin
adından həyata keçirən, Azərbaycan
Respublikası Prezidentinin
yaratdığı publik
hüquqi şəxsin
(statusu Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilən, habelə dövlət orqanlarının
strukturuna daxil olmayan tabeliyindəki publik hüquqi şəxslər istisna olmaqla) işlər görülməsindən və
xidmət göstərilməsindən
əldə etdiyi vəsaitin (o cümlədən
tutulan xidmət haqlarının) həmin publik hüquqi şəxsin sərəncamında
qalan hissəsindən
istifadə qaydasını,
Azərbaycan Respublikasının
Prezidenti ilə razılaşdırmaqla, üç
ay müddətində müəyyən
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
18 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 21 oktyabr.-
S.4.