“Fövqəladə hallarda, fövqəladə vəziyyət
şəraitində zəruri telekommunikasiya
şəbəkələrinin, qurğularının və
vasitələrinin istifadəsində üstünlük
hüququna malik olan və onların istifadəsini dayandıra,
məhdudlaşdıra və ya rabitədən
istifadə üçün xüsusi qaydalar tətbiq
edə bilən səlahiyyətli
dövlət hakimiyyəti orqanlarının
siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 7 iyun tarixli
417 nömrəli Fərmanında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Telekommunikasiya haqqında”
Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər
edilməsi barədə”
Azərbaycan Respublikasının
2018-ci il 1 may tarixli 1102-VQD nömrəli
Qanununun icrası ilə əlaqədar qərara alıram:
"Fövqəladə
hallarda, fövqəladə
vəziyyət şəraitində
zəruri telekommunikasiya
şəbəkələrinin, qurğularının və
vasitələrinin istifadəsində
üstünlük hüququna
malik olan və onların istifadəsini dayandıra,
məhdudlaşdıra və
ya rabitədən istifadə üçün
xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli
dövlət hakimiyyəti
orqanlarının siyahısı”nın
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 7 iyun tarixli 417 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 6, maddə
494; 2014, ¹ 9, maddə 1027; 2017, ¹ 8, maddə 1521, ¹ 12 (I kitab), maddə 2304) aşağıdakı
dəyişikliklər edilsin:
1. Adına və 1-ci hissəsinə
"fövqəladə” sözündən
sonra "və ya hərbi” sözləri əlavə
edilsin.
2. Həmin fərmanla təsdiq edilmiş "Fövqəladə
hallarda, fövqəladə
vəziyyət şəraitində
zəruri telekommunikasiya
şəbəkələrinin, qurğularının və
vasitələrinin istifadəsində
üstünlük hüququna
malik olan və onların istifadəsini dayandıra,
məhdudlaşdıra və
ya rabitədən istifadə üçün
xüsusi qaydalar tətbiq edə bilən səlahiyyətli
dövlət hakimiyyəti
orqanlarının siyahısı”
üzrə:
2.1. adına
"fövqəladə” sözündən
sonra "və ya hərbi” sözləri əlavə
edilsin;
2.2. 4-cü hissənin:
2.2.1. "Səlahiyyətli
dövlət hakimiyyəti
orqanının adı”
sütununa "Azərbaycan
Respublikasının” sözlərindən
əvvəl "Fövqəladə
hallarda və fövqəladə vəziyyət
şəraitində” sözləri,
"komendantı” sözündən
sonra ", hərbi vəziyyət şəraitində
isə Azərbaycan Respublikasının Müdafiə
Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə
Xidməti, Dövlət
Təhlükəsizliyi Xidməti,
Dövlət Sərhəd
Xidməti, Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidməti” sözləri
əlavə edilsin;
2.2.2. "Telekommunikasiya
şəbəkələrinin, qurğularının və
vasitələrinin növü”
sütununa "fövqəladə”
sözündən sonra
"və ya hərbi” sözləri əlavə edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
18 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 21 oktyabr.- S.5.