İlham Əliyev qardaşlığını növbəti dəfə sübut etdi

 

Türkiyə KİV "Starneft emalı zavodunun açılışını əsas gündəm mövzusu kimi manşetdən verərək bunu Azərbaycanın böyük nailiyyəti kimi dəyərləndirdi

 

Bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə daha bir möhtəşəm layihəni istifadəyə verdi. Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, "Petkimneft-kimya kompleksinin ərazisində inşa edilən "Starneft emalı zavodunun işə düşməsi ilə ölkələrimiz arasında iqtisadi, buna paralel olaraq siyasi və digər sahələrdə bağlar daha da möhkəmləndi.

Bununla da Azərbaycan və Türkiyə dünyaya bir daha ayrılmaz birlik olduqlarını nümayiş etdirdilər. Qarşıdakı dövr ərzində bu qəbildən olan digər layihələr ölkələrimizin dünya miqyasında mövqelərini daha da gücləndirəcək.

Oktyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə "Starneft emalı zavodunun açılış mərasimi keçirilib. Açılış mərasimi qardaş ölkənin bir neçə yüz minlik tirajlı qəzetlərinin əsas manşet mövzusuna çevrilib. Baxış sayı milyona çatan internet portalları, sosial şəbəkədəki səhifələr Prezident İlham Əliyevin və R.Ərdoğanın açılış mərasimindəki çıxışlarını anbaan yeniləyərək oxuculara çatdırıblar. "İlham Əliyev qardaşlığını növbəti dəfə sübut etdi” başlığı demək olar ki, əksər KİV-nin manşet xəbəri olub. Teleşirkətlər isə həmin hadisəni canlı yayım vasitəsilə izləyicilərə göstəriblər. Onlardan bəzilərini oxucuların diqqətinə çatdırırıq:

 

"Sabah”:

"Türkiyənin ən böyük infrastruktur layihəsi”

 

"Sabah” qəzetinin "Türkiyənin ən böyük infrastruktur layihəsi” başlıqlı xəbərində bildirilib ki, "Starneft emalı zavodunun açılış mərasimində İlham Əliyev və R.Ərdoğan bir sıra maraqlı məqamları diqqətə çatdırıblar. Qeyd olunub ki, "Starzavodunun ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək və müəssisənin əsas xammal tədarükçüsü kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR çıxış edir.

Layihə barədə geniş məlumat verən nəşr bildirib ki, neft emalı zavodu Türkiyədə iqtisadiyyatın və sənayenin inkişafına töhfə verməklə, strateji məhsulların istehsalında əhəmiyyətli rola malik olacaq.

 

"Milliyet”:

"Cavab meydanda veriləcək”

 

"Milliyet” qəzeti "Cavab meydanda veriləcək” başlıqlı xəbərində İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın fikirlərinə geniş yer verərək vurğulayıb ki, Türkiyə-Azərbaycan qardaşlığı səmimi əməkdaşlığa söykənir. Bildirilib ki, "Starneft emalı zavodu ilə Türkiyə və Azərbaycan qardaşlıq əlaqələrinin strateji miqyasını daha da gücləndirdi.

R.Ərdoğanın "Biz beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara "Dur!” deməsini gözləyirik” fikirlərinin yer aldığı məqalədə vurğulanıb ki, Türkiyə və Azərbaycanın bölgədə təhlükəsizliyin və sabitliyin əsas aktorları olduğu artıq hamı tərəfindən qəbul edilib.

 

"Türkiye”:

"Star”ımız parlayır”

 

"Türkiye” qəzeti "Star”ımız parıldayır” başlıqlı xəbərini manşetə çıxarıb. Bildirilir ki, Azərbaycanla Türkiyə arasında münasibətlərin nə dərəcədə yüksək səviyyədə qurulduğunun, tərəflərin mühüm əhəmiyyət kəsb edən maraqlar ətrafında hər zaman bir-birini müdafiə etməyə hazır olduğunun şahidi olmuşuq.

Hər iki prezidentin layihə ilə bağlı çıxışlarının yer aldığı məqalədə İlham Əliyevin "Bu gün "Star Rafinerinin açılışı timsalında biz birliyimizin, həmrəyliyimizin, dostluğumuzun əlamətini görürük. Əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan yalnız uğurlar yolu ilə gedəcək” fikrini xüsusi olaraq diqqətə çatdırıblar.

 

"Akşam”:

"İzmirdə dünya "Star”ı

 

"Akşamqəzeti isə "İzmirdə dünya "Star”ıbaşlıqlı xəbərində iki liderin fikirləri əsasında neft emalı zavoduna geniş yer ayırıb. Bildirilib ki, zavod Azərbaycanın Türkiyədə, ümumiyyətlə, xaricdə ən böyük investisiya layihəsidir. Azərbaycan regionda həyata keçirilən qlobal iqtisadi layihələrin icrasında Türkiyənin yaxından iştirakına daim xüsusi diqqət yetirir.

Nəşr Prezident İlham Əliyevin Türkiyə Azərbaycanın bölgədə birgə səylərlə çox böyük layihələr gerçəkləşdirdiyi fikrini diqqətə çatdırıb: "7 il bundan əvvəl əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla burada, Əliağada "Star”ın təməlini qoyduq bu gün bu nəhəng layihənin açılışını bərabər edirik. Bu, bir daha onu göstərir ki, belə nəhəng layihələrin icrası üçün Türkiyə Azərbaycan liderlərində güclü siyasi iradə var. Bu layihənin həyata keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır.”

 

"Vatan”:

"İnvestisiyanın "Star”ı

 

"Vatanqəzeti " Yatırımın "Star”ıbaşlıqlı xəbərində hər iki ölkənin dövlət başçılarının neft emalı zavodu barədə çıxışlarını ön plana çıxarıb. Qeyd olunub ki, Azərbaycanın Türkiyənin, hər iki ölkənin liderlərinin birgə səyi nəticəsində gerçəkliyə çevrilən zavod istifadəyə verilib.

SOCAR-ın 6,3 milyard dollar kapitalla inşa etdiyi "Star” neft emalı zavodunda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. Zavoda ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton "Azeri Light” markalı neft çatdırılıb. Türkiyənin dövlət büdcəsinə hər il 1,5 milyard dollarlıq töhfə verəcək zavod "Petkimneft-kimya kompleksinin nafta qarışıq ksilenə olan tələbatını tam ödəyəcək.

 

"Yeni Şafak”:

"30 ilin "Star”ı

 

"Yeni Şafakqəzeti "30 ilin "Star”ıadlı xəbəri manşetdən verib. Qeyd edilib ki, "Star” neft emalı zavodu bölgə, eləcə dünya üçün mühüm əhəmiyyət kəsb edir.

Prezidentlər İlham Əliyev R.Ərdoğanın zavodla bağlı fikirlərinin yer aldığı xəbərdə bildirilir ki, Azərbaycanın neft strategiyası bütün parametrlər üzrə Türkiyənin iqtisadi inkişafına, qüdrətlənməsinə böyük təsir göstərib. İlham Əliyevin "Dostluq, qardaşlıq duyğuları əsasında biz nəhəng layihələri gerçəkləşdiririkfikrinin yer aldığı məqalədə "Star”ın Türkiyə ilə Azərbaycanın növbəti zəfəri olduğu diqqətə çatdırılıb.

 

"Star”:

"Enerjidə tarixi addım

 

"Star” qəzetinin "Enerjidə tarixi addımbaşlıqlı məqaləsində bildirilib ki, layihə Azərbaycanın Türkiyə iqtisadiyyatına böyük etibarının, iki ölkə arasında qardaşlıq əlaqələrinin strateji xarakter daşımasının növbəti nümunəsidir onun həyata keçirilməsi tarixi hadisədir. Çoxşaxəli Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığında enerji layihələri xüsusi yer tutur. İki qardaş ölkənin birlikdə həyata keçirdiyi qlobal layihələr nəinki regionun, hətta dünyanın enerji xəritəsini yenidən tərtib etməyə imkan verib.

 

"Günəş”:

"Türkiyənin "Star”ına görkəmli açılış

 

"Günəşqəzetinin "Türkiyənin "Star”ına görkəmli açılışbaşlıqlı xəbərində bildirilib ki, istifadəyə verilən neft emalı zavodu Türkiyə ilə Azərbaycan arasındakı sosial, iqtisadi digər sahələrdə indiyədək mövcud olan qardaşlıq münasibətlərinə əlavə dəstəkdir. Vurğulanıb ki, belə nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olub. "Star” neft emalı zavodu Türkiyədə özəl sektorun bir nöqtəyə vurduğu ən böyük investisiya layihəsidir. Bu müəssisə Türkiyədə iqtisadiyyatın sənayenin inkişafına töhfə verməklə strateji məhsulların istehsalında əhəmiyyətli rola malikdir.

 

"Hürriyet”:

"Super yatırıma böyük açılış

 

"Hürriyetqəzeti isə "Super yatırıma böyük açılışbaşlıqlı xəbəri manşetə çıxarıb. Hər iki dövlət başçısının "Star” ilə bağlı fikirlərinə geniş yer ayıran məqalədə qeyd olunub ki, neft emalı zavodu mühüm siyasi iqtisadi əhəmiyyətə malikdir. Təməli 2011-ci il oktyabrın 25-də prezidentlər İlham Əliyev Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulan zavod Türkiyənin idxaldan asılılığını azaltmaqla ölkə iqtisadiyyatına 1,5 milyard dollar əlavə gəlir qazandıracaq.

 

"Karar”:

"Ən böyük infrastruktur layihəsi

 

"Kararqəzeti "Ən böyük infrastrukturlar layihəsibaşlıqlı xəbərində layihə haqqında oxuculara ətraflı məlumat verib. "Star” zavodunun istifadəyə verilməsi mərasimində İlham Əliyevin R.Ərdoğanın çıxışlarının yer aldığı məqalədə bildirilib ki, layihə qlobal əməkdaşlığın növbəti açarıdır. 6,3 milyard dollarlıq sərmayə ilə qurulan "Star” zavodu 5 milyon tona yaxın dizel yanacağı istehsal etmək imkanına malikdir beləliklə, Türkiyə bu məhsulun idxalını 40 faizə qədər azaldacaq.

 

"Takvim”:

"Qiymət bazarı rahatlaşdı

 

"Takvimqəzetinin "Qiymət bazarı rahatlaşdıbaşlıqlı xəbərində qeyd olunur ki, 7 ildən sonra "Star” zavodu istifadəyə verildi. Bu, Azərbaycan-Türkiyə əməkdaşlığının növbəti zəfəridir. R.Ərdoğanın "Son 30 ildə həyata keçirilən ən böyük real sektor sərmayəsi olan "Star” neft emalı zavodu Avropa, Yaxın Şərq Şimali Afrika bölgələrində ən böyük neft müəssisələrindən biri olaraq, İnşaallah, uğurla fəaliyyət göstərəcəkfikirlərinə yer ayıran qəzet Azərbaycan-Türkiyə əməkdaşlığını tərəfdaşlığını bir daha təsdiqləyən layihə iki qardaş ölkənin dostluğunun işbirliyinin rəmzi kimi səslənir.

 

"TRTHaber”:

"Ən böyük yatırım "Star” neft emalı zavodu açıldı

 

Qardaş ölkənin ən reytinqli xəbər kanallarından biri olan "TRTHaber” "Ən böyük yatırım "Star” neft emalı zavodu açıldıbaşlıqlı xəbərində qeyd olunub ki, "Star” neft emalı zavodu Azərbaycanın xaricdə ən böyük investisiya, Türkiyənin isə ən böyük enerji layihəsidir. Neft məhsulları idxalında hər il 1,5 milyard dollar məbləğində qənaət edilməsi, neft məhsullarında xaricdən asılılığın azalması hədəflənir.

Bundan başqa, "AnadoluXəbər Agentliyi, "NTV”, "CNN Türk”, "Ahaber”, "Habertürkkanalları, "Milat”, "Öncə Vatan”, "Yeni akit”, "Sözcü”, "Yeni söz”, "Daily Sabah” "Daily News” qəzetləri "Ən "Star” açılış”, "Türkiyə dünya miqyasında gücə malikdir s. başlıqlı xəbərlərlə neft emalı zavodunun vacibliyini diqqətə çatdırıblar. Bildirilib ki, Azərbaycan-Türkiyə münasibətləri zaman keçdikcə daha da möhkəmlənir, tarixin bütün sınaqlarından daha böyük uğurla çıxır.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2018.-23 oktyabr.- S.1; 9.