Toxum toxum olsa...

 

Toxumçuluqda genofondun qorunmasına ölkəmizdə xüsusi diqqət yetirilir

 

Aqrar sektorda məhsul istehsalının yüksək olmasında məhsuldar toxumların böyük əhəmiyyəti var. Bununla əlaqədar, ölkəmizdə bir sıra qanunlar və dövlət proqramları qəbul edilib. 2008-2015-ci illərdə Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına və regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair qəbul olunmuş dövlət proqramlarında qarşıya qoyulan vəzifələrin icrasına uyğun olaraq bu istiqamətdə çoxsaylı tədbirlər həyata keçirilib, ilk növbədə, toxumçuluğun bazası təkmilləşdirilərək genişləndirilib.

Bunun sayəsində hazırda Dövlət Reyestrinə daxil edilən toxumting istehsalçısı şəhadətnaməsi olan 343 fizikihüquqi şəxs toxumting istehsalı üzrə fəaliyyət göstərir ki, bunun da sayəsində ölkə üzrə istehsal olunan toxum və tinglərin 98 faizdən çoxu özəl toxumçuluq və ting istehsalı müəssisələrində yetişdirilir.

Prezident İlham Əliyev məhsuldar toxumların əhəmiyyətini xüsusi qeyd edərək demişdir: "Biz bu sahədə böyük təcrübə toplamış ölkələrin təcrübəsini gətirməliyik, ondan istifadə etməliyik ki, hansı sahədə, hansı bölgədə hansı məhsul yetişdirilməlidir. Yəni bundan sonra da biz buna kortəbii yox, ancaq fərdi qaydada yanaşmalıyıq və subsidiya məsələləri də buna görə hesablanmalıdır. Mən artıq müvafiq göstərişlər vermişəm, biz buna baxmalıyıq. İndi subsidiyaların verilmə prosedurları təkmilləşdirilir. Ancaq hesab edirəm ki, biz gələcəkdə rayonlaşma siyasətinə daha da ciddi baxmalıyıq. Biz bilməliyik, hansı bölgələrdə hansı məhsulun yetişdirilməsinə nə qədər subsidiya verilməlidir ki, təbii imkanlarımızdan daha da səmərə ilə istifadə edək”.

Məlumdur ki, ərzaq təhlükəsizliyi təminatında buğdaarpa mühüm yer tutur. Hazırda buğdaarpa toxumçuluğu ilə 243 nəfər fizikihüquqi şəxs məşğul olur. Bununla yanaşı, reproduksiyalı toxum istehsalı üçün tələb olunan orijinal s/elitelit toxum növləri Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin tabeliyində olan elmi-tədqiqat institutları tərəfindən istehsal olunur. 2014-cü ildən reproduksiyalı qarğıdalı toxumu istehsalı ilə 8 özəl toxumçu məşğul olur. Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Universitetinin laboratoriya əməkdaşları tərəfindən 400-dən çox taxıl bitkisinin genefond nümunələri toplanaraq qorunub saxlanılır.

Tərəvəzçilikdə ən çox becərilən məhsul kartofdur. Təsadüfi deyil ki, bu məhsulu həm də ikinci çörək adlandırırlar. Fermerlərin keyfiyyətli toxumla təminatı ilə 7 özəl toxumçuluq təsərrüfatı məşğul olur. Amma elə məhsul növləri var ki, onlar üçün toxum yalnız dövlət müəssisələrində istehsal olunur. Bu sıraya paxlalı bitkilər və pambığın reproduksiyalı toxum istehsalı daxildir.

Ölkəmiz toxum istehsalında bir sıra dövlətlərlə də əməkdaşlıq edir. Cari il mayın 7-də Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyə Toxum Sənayeçiləri və İstehsalçıları Alt Birliyi (TSÜAB) tərəfindən Türkiyənin İqtisadiyyat Nazirliyinin "Beynəlxalq Rəqabətliliyin İnkişafının Dəstəklənməsi haqqında Təşviqat” proqramı olan "İç Anadolu bölgəsinin toxumçuluğu sektorunun inkişaf etdirilməsi layihəsi” çərçivəsində əməkdaşlıq və marketinq fəaliyyəti ilə əlaqədar tədbir keçirilib. Bu tədbirdə iki ölkə arasında toxum istehsalı, yeni növlərin yaradılması barədə fikir mübadiləsi aparılaraq əməkdaşlıq barədə razılığa gəlinib.

Kənd Təsərrrüfatı Nazirliyinin Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti bitki sortlarının ekspertizasını, sınağını, qeydiyyatını və mühafizəsini, kənd təsərrüfatı sahəsində toxumçuluğun idarə edilməsini və toxumçuluğa dövlət nəzarətinin həyata keçirilməsini təmin edən qurumdur. Bu dövlət xidmətinin tabeliyində 12 regional toxum sertifikatlaşdırılma mərkəzləri fəaliyyət göstərir, laboratoriyalar müasir standartlara cavab verən cihaz və avadanlıqlarla təmin olunub. Toxumçuluq təsərrüfatları tərəfindən istehsal olunankondisiyaya çatdırılan toxumların keyfiyyət analizləri həmin laboratoriyalarda həyata keçirilərək müvafiq standartların tələblərinə cavab verən toxumlar sertifikatlaşdırılır. Ölkədə istehsal olunan və əkin üçün nəzərdə tutulan bütün toxum növlərinin sertifikatlaşdırılması mərkəzlərində analiz olunması vacibdir.

Toxum istehsalına dövlət nəzarətinin gücləndirilməsi təsadüfi deyil. Ona görə ki, hazırda dünyada bu istiqamətdə bir sıra müsbət və mənfi tendensiyalar mövcuddur. Belə ki, bir çox məhsulların məhsuldarlığını artırmaq üçün onların geni dəyişdirilir. Bu sahədə dünya alimlərinin fikri iki yerə bölünür - bir hissəsi onun insan üçün zərərli olmadığını, digərləri əksini sübut etməyə çalışırlar. Hətta bəzi alimlər toxumların geninin dəyişdirilməsinin bəşəriyyətin yox olmasına səbəb olacağı qənaətindədirlər. İkinci ziyan odur ki, böyük maliyyə sahibi olan şirkətlər toxumçuluğu sürətlə inhisara götürürlər və özübu zaman bir dəfə istifadə olunan toxum növlərinin yetişdirilməsinə üstünlük verirlər. Belə ki, həmin toxumlardan istifadə edən fermerlər yetişdirdikləri məhsuldan istəsələr belə, toxum götürə bilmirlər. Bu isə fermerlərin toxum yetişdirən inhisarçılardan asılılığını yaradır. Həmin inhisarçılar da bundan yararlanıb fermerlərə toxumu istədikləri qiymətə satırlar. Beləliklə, yetişdirilən məhsulun maya dəyəri yüksək olur və nəticədə əhali istədiyi qədər ərzaq ala bilmir.

Toxum inhisarçılarının hədəfində ilk növbədə, inkişaf etməkdə olan ölkələr durur. Onlar bu yolla özlərinə yenidaimi bazar tapırlar. Çünki inhisarçıların toxumlarından mütəmadi istifadə edilməsi yerli toxumların birdəfəlik sıradan çıxmasına səbəb olur və nəticədə inkişaf etməkdə olan ölkələr onlar üçün daimi alıcıya çevrilir.

Hazırda aqrar sektorun əsas vəzifələrindən biri toxum inhisarçılarının təsiri altına düşməməkdir. Bunun üçün özümüz məhsuldar toxumlar yetişdirməliyik. Ölkəmizdə kifayət qədər müxtəlif ənənəvi toxum növləri var. Onları seleksiya yolu ilə daha məhsuldar növlərə çevirmək olar. Eyni zamanda, zəngin elmi potensialımızdan istifadə edərək müasir iqlim şəraitinə uyğun məhsuldar sortlar yetişdirə bilərik. Əsas məsələ odur ki, bu mühüm sahə diqqətdən kənar qalmasın, ölkəmizi toxum inhisarçılarının ixtiyarına verməyək. Əks-təqdirdə bu həm böyük maliyyə itkisinə, həm də asılılığa gətirib çıxara bilər.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2018.-23 oktyabr.- S.11.