“Star” - Azərbaycanın iqtisadi qüdrətinin daha
bir nümunəsi
Prezident İlham Əliyev:
"Türkiyə və Azərbaycan Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən
cızır”
Azərbaycanın qısa müddətdə investisiya yatırılan ölkədən sərmayə yönəldən ölkəyə çevrilməsinə daha bir parlaq nümunə olan hadisə baş verdi. Türkiyədə ölkəmizin 6,3 milyard dollarlıq sərmayəsi ilə Avropa, Yaxın Şərq və Afrika bölgələrinin ən böyük müəssisələrindən biri - "Star” istismara verildi. Bu, ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək nəhəng zavoddur. Müəssisənin əsas xammal tədarükçüsü SOCAR - Azərbaycan Respublikası Dövlət Neft Şirkətdir.
Dünyanın bir çox ölkələrində hələ də maliyyə böhranının hökm sürdüyü indiki zamanda "Star” kimi nəhəng bir müəssisəni araya-ərsəyə gətirilməsi Azərbaycanın iqtisadi qüdrətinin əyani göstəricisidir. Bütün bunlar əlbəttə ki, Azərbaycan dövlətinin həyata keçirdiyi düzgün və məqsədyönlü iqtisadi siyasət nəticəsində mümkünləşir.
"Star” mühüm əhəmiyyət daşıyan zavoddur. Bu müəssisə Türkiyədə sənayenin, ümumiyyətlə, iqtisadiyyatın inkişafına təkan verəcək. Zavod Türkiyənin idxaldan asılılığını azaltmaqla onun iqtisadiyyatına milyard yarım dollar əlavə gəlir gətirəcək. Burada hər il 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu və digər məhsullar istehsal olunacaq.
"Star”ın təməli
2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev
və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Zavod Türkiyənin
İzmir şəhərinin Əliağa rayonunda, "Petkim” neft-kimya kompleksinin ərazisində
inşa edilib. Bu ilin avqust
ayından başlayaraq müəssisədə
sınaq məqsədilə xam neft emal olunur.
Zavoda ilk neft - 80 min
ton "Azeri Light” nefti də
məhz Azərbaycandan
gətirilib.
Azərbaycan və Türkiyə indiyədək bir çox qlobal layihələri reallaşdırıblar. İki ölkənin
digər tərəfdaşlarla
birlikdə həyata keçirdikləri nəhəng
işlərin təməlində
Xəzər dənizi,
Qara dəniz və Aralıq dənizini birləşdirən
"polad kəmər”
- Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri dayanır. Sonra Azərbaycan qazını
Bakı yaxınlığındakı
Səngəçal terminalından
Ərzurumadək nəql
edən Bakı-Tbilisi-Ərzurum kəməri istifadəyə verildi.
Nəhəng enerji layihələrinin
gerçəkləşməsi digər sahələrdə
də mühüm işlər görməyə
imkan yaratdı. Beləliklə, nəqliyyat sektorunda
önəmli layihə
- Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi həyata keçirildi.
TANAP-la (Transanadolu
Qaz Boru Kəməri) Azərbaycanın
və Türkiyənin
işbirliyi, əməkdaşlıq
və tərəfdaşlığı
daha da möhkəmləndi. Bu, iki ölkənin birgə çəkdiyi
1900 kilometrlik boru xəttidir. "Cənub qaz dəhlizi”nin onurğa sütunu adlandırılan
bu kəmər Azərbaycanla Türkiyənin
təkcə işbirliyinin,
iqtisadi əməkdaşlığının
deyil, dünyaya nümunə olan dostluq və qardaşlığının bəhrəsidir.
Azərbaycanın və
Gürcüstanın ərazisindən
keçən Cənubi
Qafqaz Boru Kəmərinin daşıdığı
qazı qəbul edən TANAP yanacağı
tikilməkdə olan
TAP-a (Transadriatik Qaz Boru Kəməri) ötürəcək. TAP isə
qazı Avropaya çatdıracaq.
TANAP-ın açılışından cəmi
dörd ay sonra
"Star” kimi nəhəng
bir müəssisənin
istifadəyə verilməsi
birgə həyata keçirilən işlərin
miqyasını və
dəyərini göstərən
hadisədir.
Prezident İlham
Əliyevin dediyi kimi: "Bunların hər biri özlüyündə
nəhəng bir layihədir və nəinki ölkələrimiz,
xalqlarımız üçün,
bölgə, dünya,
Avrasiya üçün
çox böyük önəm daşıyır.
Türkiyə və Azərbaycan
birgə səylərlə
güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın
enerji və nəqliyyat xəritəsini
yenidən cızır.
Bunu biz edirik və bu yeni xəritələrin
altında bizim imzamız var. Bütün
bunları biz birgə
səylərlə etdik.
Bütün bu layihələr
böyük maliyyə
yatırımı tələb
edən layihədir”.
Türkiyə də bu layihənin
gerçəkləşməsinə böyük önəm verir. Bu, "Star”ın açılışı mərasimindəki
çıxışlardan da
aydın göründü.
Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan Azərbaycanla əlaqələrin
bir çox sahələrdə, o cümlədən
iqtisadi çərçivədə
davam etdiyini vurğuladı. "Star”ı
enerji sahəsində iki ölkə arasında həmrəyliyi
gücləndirmək üçün
uzun müddət görülən işlərin
ən mühüm və konkret örnəklərindən biri
kimi dəyərləndirdi:
"Star” neft emalı
zavodu ilə Azərbaycanla qardaşlıq
əlaqələrimizin strateji
miqyasını daha da gücləndirmiş oluruq. Türkiyə və Azərbaycanın
liderliyi ilə həyata keçirdiyimiz hər bir layihə
ölkələrimizi regional gücə çevrilmək
qabiliyyətini qüvvətləndirməkdədir.
Dünyanın ticarət müharibələri
və böhranlarla sarsıldğı bir dövrdə bir-bir açılışını etdiyimiz bu layihələrin
ölkələrimizi həm
ayrılıqda öz
dəyərlərinə, həm
də ortaq hədəflərinə yaxınlaşdırdığına
inanıram”.
Flora SADIQLI
Azərbaycan.- 2018.-23 oktyabr.-
S.1.