Heydər Əliyev Fondunun növbəti
töhfəsi
Oktyabrın 23-də Bakının
Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü
ilə inşa olunan 11 saylı xüsusi təhsil məktəbinin
yeni binasının açılışı olub.
AZƏRTAC xəbər
verir ki, Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyeva açılışda iştirak
edib.
Məktəbin direktoru
Şahzadə İsgəndərova
burada yaradılan şərait barədə
Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verdi.
Bildirdi ki, 11 saylı xüsusi təhsil məktəbi 1937-ci ildən
fəaliyyət göstərir.
Bu təhsil ocağının
köhnə binası
1897-ci ildə inşa
edilmişdi. Heydər Əliyev
Fondu tərəfindən
aparılan monitorinq nəticəsində məktəb
binasının təhsilə
tam yararsız olduğu
aşkar edilmiş və Nərimanov rayonunda məktəb üçün yeni binanın inşasına qərar verilmişdi.
Birinci vitse-prezident
Mehriban Əliyeva məktəbin rəmzi açılışını bildirən lenti kəsdi və bu təhsil ocağında yaradılan
şəraitlə tanış oldu.
Qeyd edildi ki, təhsil
müəssisəsinin binasının
ümumi sahəsi 4
min kvadratmetrdən çoxdur. Burada 21 sinif
otağı, psixoloq, defektoloq, həkim otaqları, idman və akt zalları,
yeməkxana var. Eyni zamanda, burada uşaqların istifadəsi
üçün kitabxana
yaradılıb.
Məktəbin üçmərtəbəli binası
250 şagird yerlikdir. Hazırda 651 nəfər evdə, 137 şagird isə məktəbdə təhsil
alır. Məktəbdə 289 müəllim çalışır
və onlar autizm, Daun sindromlu,
ümumtəhsil proqramını
mənimsəyə bilməyən
və əqli inkişaf geriliyi diaqnozu olan uşaqlara
təlim keçirlər.
Ümumtəhsil proqramını
mənimsəyə bilməyən
şagirdlər də
il ərzində
aşkarlanaraq bu məktəbə yönləndirilir.
Onillik məktəbin tədris planına defektoloq saatları daxil edilib. Eyni zamanda, xüsusi
uşaqlar üçün
psixoloq saatları ayrılıb. Texnologiya dərslərində
isə uşaqların
bacarıqları aşkar
olunur. Bir sözlə, bu
məktəbdə xüsusi
qayğıya ehtiyacı
olan uşaqların təhsil alması, onların təlim-tərbiyəsi
ilə hərtərəfli
məşğul olmaq
üçün bütün
imkanlar mövcuddur.
Bütün bunlar isə
xüsusi qayğıya
ehtiyacı olan insanların sosial müdafiəsinin gücləndirilməsi,
onların həyat şəraitinin yaxşılaşdırılması,
bu qəbildən olanların təhsil problemlərinin həlli istiqamətində son illərdə
Prezident İlham Əliyevin rəhbərliyi
ilə əhəmiyyətli
addımların atılmasından
irəli gəlir.
11 saylı xüsusi
təhsil məktəbinin
yeni binasının Heydər Əliyev Fondunun təşəbbüsü
ilə müasir səviyyədə inşa
olunması bir daha sübut edir ki, Fond da
bu istiqamətdə dövlətin icra etdiyi layihələrə sanballı töhfələr
verir. Bu layihənin icrası aydın şəkildə
göstərir ki, humanizm, insani dəyərlərə hörmət,
dinindən, dilindən,
cinsindən, yaşından
asılı olmayaraq hər kəsə diqqət göstərmək
Heydər Əliyev Fondunun fəaliyyətində
əsas prinsiplərdən
biridir.
Məktəbin həyətində geniş
abadlıq-quruculuq işləri
aparılıb, yaşıllıq
zonası yaradılıb,
istirahət köşkləri
qurulub.
11 saylı xüsusi
təhsil məktəbinin yeni binasında
yaradılan şəraitlə tanış olan
Azərbaycanın Birinci vitse-prezidenti
Mehriban Əliyeva bu təhsil
ocağına fəaliyyətində uğurlar
arzuladı.
Azərbaycan.-
2018.-24 oktyabr.- S.1-2.