Azərbaycan-Estoniya əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə rəsmi səfərdə olan Estoniya parlamentinin vitse-spikeri Kalle Laanet ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycan ilə Estoniya arasındakı münasibətlərin uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Elmar Məmmədyarov, həmçinin Azərbaycan ilə Estoniya arasında informasiya və kommunikasiya texnologiyaları, elektron hökumət sahələrində uğurlu əməkdaşlığın mövcud olduğunu qeyd edib. Avropa İttifaqı-Azərbaycan münasibətlərinə toxunan nazir ölkəmizin Şərq Tərəfdaşlığı çərçivəsində iştirakı, əlaqələrin hüquqi əsasını təşkil edəcək yeni, strateji əhəmiyyətli saziş üzrə aparılan danışıqlar barədə qarşı tərəfə məlumat verib.
Kalle Laanet, öz növbəsində, Estoniyanın Azərbaycanla əməkdaşlığa daim maraq göstərdiyini, ölkələrimiz arasında informasiya-kommunikasiya texnologiyaları, o cümlədən nəqliyyat sahələrində əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd edib.
Görüşdə
Azərbaycan-Estoniya münasibətlərinin hazırkı səviyyəsindən
məmnunluq ifadə edilib, tərəflər
arasında siyasi dialoqun
davamlı şəkildə aparılmasının və
yüksək səviyyəli mütəmadi
qarşılıqlı səfərlərin, görüşlərin
keçirilməsinin əhəmiyyəti
vurğulanıb.
Azərbaycan.-
2018.-24 oktyabr.- S.3.