Bakıda XXIV Azərbaycan Beynəlxalq İnşaatBakuBuild Azerbaijan” sərgisi açılıb

 

Oktyabrın 23-də Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq "İnşaat” ("BakuBuild Azerbaijan 2018”), XI Beynəlxalq "İstilik, havalandırma, kondisionerləşdirilmə, su təchizatı, santexnikaüzgüçülük hovuzu” ("Aquatherm Baku 2018”), Xəzər Beynəlxalq "Mebel, interyerdizayn” ("Caspian MebelExpo 2018”) sərgilərini ehtiva edən "Xəzər inşaat həftəsi”nin açılışı olub. Sərgilərdə dünyanın 22 ölkəsindən 301 şirkət iştirak edir.

AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Nazir müavini diqqətə çatdırıb ki, son illər respublikada aparılan sənayeləşmə siyasəti nəticəsində 100-lərlə müasir sənaye müəssisəsi və mühüm obyektlər yaradılıb, ixracın həcmi yüksəlib. Eyni zamanda, qeyri-neft sektorunun inkişafı sahəsində ciddi uğurlar əldə edilib.

Qeyd olunub ki, XXIV Azərbaycan Beynəlxalq İnşaat sərgisində Azərbaycan şirkətləri də çoxluq təşkil edir. Bu şirkətlər öz məhsullarını "Made in Azerbaijan” brendi ilə təqdim edir. Bu isə ölkəmizin iqtisadi sahədə qazandığı nailiyyətlərin bariz nümunəsidir.

Nazir müavini deyib ki, hər il Bakıda keçirilən inşaat sərgisi tikinti sektoruna olan marağı əks etdirməklə, şirkətlər arasında əlaqələrin qurulmasına xidmət edən çox mühüm bir tədbirdir.

Dövlət Şəhərsalma Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov bildirib ki, "BakuBuild Azerbaijan” yerli xarici şirkətləri cəlb etməklə böyük uğurlara imza atıb. Onun sözlərinə görə, inşaat sektoru iqtisadiyyatın digər sahələrinin təkmilləşməsi üçün birləşdirici rol oynayır: "Sərgidə nümayiş olunan yeni müasir texnika inşaat materialları ilə tanış olmaq sərgi iştirakçıları üçün faydalı olacaq. Hər il keçirilən dünyanın bir çox şirkətlərinin iştirak etdiyi "BakuBuild Azerbaijan” sərgisi ölkəmizin həyatında artıq öz yerini tutaraq əlamətdar hadisəyə çevrilib”.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov inşaat sektorunun inkişafını müasir istehsal modellərinin dinamikası ilə müqayisəli şəkildə təhlil edib. "BakuBuild Azerbaijan” sərgisinin inşaat, memarlıq layihələndirmə sahəsində bütövlükdə region üçün ən mühüm peşəkar tədbir olduğunu vurğulayıb.

Memarlar İttifaqının katibi Fərhad Mollazadə qeyd edib ki, dünya praktikasına uyğun olaraq, Azərbaycanda inşaat sektoru bütün ölkə iqtisadiyyatının uğurlarını əks etdirir. Bir sıra beynəlxalq layihələrin tətbiqi, ən yaxşı memarlıq layihələrinin reallaşdırılması ölkənin dinamik inkişafının sübutudur. Sərgi bu inkişafı nümayiş etdirmək üçün hərəkətverici qüvvədir.

"Iteca Caspian” şirkətinin baş direktoru Edvard Stroon məlumat verib ki, sərgi regionda iştirakçıların sayına görə qeyri-neft sektorunun ən böyük sərgi tədbiridir. Sərgi tikinti memarlıq, layihələndirmə təmir sahəsində bütün regionun ən mühüm peşəkar tədbiri hesab olunur. Hər il bir sıra dünya ölkələrini təmsil edən minlərlə mütəxəssis bu sərgini ziyarət edir burada biznes tərəfdaşları ilə əlaqə yaradır.

Çıxışının sonunda E.Stroon verdikləri dəstəyə görə İqtisadiyyat Nazirliyi, Dövlət Memarlıq Şəhərsalma Komitəsi, Mənzil İnşaatı Dövlət Agentliyi, Memarlar İttifaqı, Kiçik Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) minnətdarlığını bildirib.

Bu il Almaniya, Polşa, İtaliya Rusiya "İnşaatsərgisində milli qruplar ilə təmsil olunur. Udmurtiya Tümen diyarlarını təmsil edən şirkətlər sərgidə debüt edir. "BakuBuild Azerbaijan 2018” sərgisi inşaat materialları, döşəmə örtükləri, keramika, üzlük daş, mərmər, qapı-pəncərə, interyer üçün məhsulların bütün çeşidlərini əhatə edir. Lak-boya sektoru dam materialları həm yerli, həm xarici şirkətlər tərəfindən geniş təqdim edilir.

"BakuBuild Azerbaijan”, "Caspian MebelExpo”, "Aquatherm Baku” "Securika Caspian” sərgilərinin təşkilatçısı qismində "Iteca Caspian” şirkəti çıxış edir. Sərgilər oktyabrın 26-dək davam edəcək.

 

Azərbaycan.- 2018.-24 oktyabr.- S.3.