Ədliyyə Nazirliyində "açıq qapı" günü keçirilib

 

Ədliyyə orqanları - 100

 

Prezident İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyəti İlielan etdiyi 2018-ci il həm də Azərbaycan ədliyyəsinin 100 illiyi ilə əlamətdardır.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yubiley tədbirləri çərçivəsində nazirliyin məsul işçilərinin, xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin və media nümayəndələrinin iştirakı ilə oktyabrın 23-də Ədliyyə Nazirliyinin elektron sistemlərinin, informasiya resurslarının və ədliyyə sahəsində əhaliyə göstərilən elektron xidmətlərin təqdimatına həsr olunmuş "açıq qapı” günü keçirilib.

Bildirilib ki, Azərbaycan ədliyyəsi ölkəmizin hərtərəfli inkişafına uyğun olaraq islahatlar aparılmaqla təkmilləşir və müasirləşir. Ədliyyə orqanlarının fəaliyyətində şəffaflığın artırılması, açıq hökumət prinsiplərinin təşviqi, vətəndaş məmnunluğunun yüksəldilməsi, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin artırılması ilə bağlı mühüm tədbirlər həyata keçirilir.

Həmçinin ədliyyə sahəsindəki yeniliklərdən bəhs olunaraq nazirlik tərəfindən aparılan 14 informasiya sistemi və onların funksiyaları, 22 dövlət orqanının 30-dan çox informasiya resursu ilə inteqrasiyası, ədliyyə fəaliyyəti ilə bağlı əhaliyə göstərilən 31 elektron xidmətdən istifadələrin sayının ötən dövrdə 11 milyonu ötməsi barədə məlumat verilib.

Tədbir iştirakçıları vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti üçün əlverişli mühitin yaradılması, ictimai iştirakçılığın genişləndirilməsi, qeyri-hökumət təşkilatlarının "Fərdi elektron pəncərə” elektron məlumat sistemibu sahədə tətbiq edilən yeniliklərlə tanış olublar.

Eyni zamanda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, ailə institutunun möhkəmləndirilməsi ilə bağlı qeydiyyat şöbələrində QHT-lərin dəstəyi ilə psixoloqlar cəlb edilməklə mediasiya xidmətinin göstərilməsi, həmçinin notariat kontorlarını vahid şəbəkədə birləşdirən "Elektron notariatinformasiya sisteminin tətbiqi maraqla qarşılanıb. Notariat sənədlərinin həqiqiliyinin yoxlanılması üçün sistem, elektron apostil, notariat arxivinin elektronlaşdırılması kimi innovativ layihələrin təqdimatı keçirilib, səyyar qaydada notariat hərəkətlərinin rəsmiləşdirilməsi üçün zəruri avadanlığın kompakt şəkildə yerləşdirildiyi xüsusi elektron çantalar nümayiş olunub.

İctimai xidmətlərin müasir modeli olan Azərbaycan brendi "ASAN xidmət” çərçivəsində, həmçinin notariatqeydiyyat sahəsində əhaliyə səmərəli xidmətlər göstərildiyi qeyd edilərək, həmin mərkəzlərdə verilən sənədlərin böyük hissəsinin ədliyyə qurumlarının payına düşməsi vurğulanıb.

Vətəndaş cəmiyyətinin nümayəndələri çıxış edərək ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirləri yaxından izlədiklərini, tətbiq olunan elektroninformasiya sistemlərinin, e-xidmətlərin ədliyyə qurumlarına əlçatanlığın asanlaşmasına, həmçinin digər dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyətin səmərəliliyinə xidmət etdiyini vurğulayıblar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, faydalı diskussiya keçirilərək fikir mübadiləsi aparılıb.

 

Yasəmən Musayeva

 

Azərbaycan.- 2018.-24 oktyabr.- S.4.