Ali Məclisdə görüş

 

Oktyabrın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janq ilə görüşüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ali Məclisin Sədri Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında bağlanmış kredit sazişinə əsasən Naxçıvan şəhərində həyata keçirilmişSu Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsinin uğurla başa çatması münasibətilə Vençay Janqı təbrik edib.

Ali Məclisin Sədri deyib ki, layihə çərçivəsində 350 kilometr içməli su və 332 kilometr kanalizasiya şəbəkəsi çəkilib, 135 min nəfər standartlara uyğun içməli su ilə təmin olunub. Həmçinin layihədən qənaət olunmuş vəsait hesabına 3 yaşayış məntəqəsində də içməli sukanalizasiya şəbəkəsi qurulub. Ali Məclisin Sədri dövlət vəsaiti hesabına muxtar respublikanın digər rayon və şəhərlərində də içməli sukanalizasiya sistemlərinin qurulduğunu diqqətə çatdırıb.

Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Asiya İnkişaf Bankı ilə əlaqələri bundan sonra da davam etdirməkdə maraqlı olduğunu bildirən Ali Məclisin Sədri qurulan səmərəli əməkdaşlığa görə Asiya İnkişaf Bankının vitse-prezidentinə təşəkkür edib.

Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janq səmimi qəbula görə minnətdarlıq edibmuxtar respublikaya səfərindən məmnunluğunu bildirib. Asiya İnkişaf Bankının ölkəmizdə 20 ilə yaxındır fəaliyyət göstərdiyini və müxtəlif layihələrin həyata keçirildiyini qeyd edən vitse-prezident Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında 2019-2023-cü illər üçün əməkdaşlıq strategiyasının hazırlandığını diqqətə çatdırıb.

Qonaq muxtar respublikaya səfərinin layihə çərçivəsində görülən işlərin və Asiya İnkişaf Bankı ilə Naxçıvan Muxtar Respublikası arasında gələcək əməkdaşlıq imkanlarının müzakirəsi üçün geniş imkanlar açdığını bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

 

Azərbaycan.- 2018.- 24 oktyabr.- S.5.