“Azərbaycan Respublikası hökuməti, Gürcüstan hökuməti və Türkiyə
Respublikası hökuməti arasında müdafiə sahəsində
əməkdaşlıq haqqında” Anlaşma
Memorandumunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
"Azərbaycan
Respublikası hökuməti,
Gürcüstan hökuməti
və Türkiyə Respublikası hökuməti
arasında müdafiə
sahəsində əməkdaşlıq
haqqında” 2018-ci il martın 31-də Giresun şəhərində imzalanmış
Anlaşma Memorandumu təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 25 oktyabr.- S.3.