“Azərbaycan Respublikası hökuməti ilə
Türkiyə Respublikası hökuməti arasında Mədəniyyət
Mərkəzlərinin təsis olunması, iş
mexanizmi və fəaliyyətləri
haqqında” Sazişin təsdiq edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:
"Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında Mədəniyyət Mərkəzlərinin təsis olunması, iş mexanizmi və fəaliyyətləri haqqında” 2018-ci il aprelin 25-də Ankara şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 oktyabr
2018-ci il
Azərbaycan.- 2018.- 25 oktyabr.- S.3.