Azərbaycan Respublikası ilə Serbiya
Respublikası arasında strateji tərəfdaşlıq
üzrə Birgə Fəaliyyət Planının təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikası
ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq
üzrə 2018-ci il mayın 21-də Bakı şəhərində
imzalanmış Birgə
Fəaliyyət Planı
təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
12 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 25 oktyabr.- S.3.