“Azərbaycan Respublikası hökuməti ilə Serbiya Respublikası hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” Sazişin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikası hökuməti ilə Serbiya Respublikası hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında” 2018-ci il mayın 21-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 oktyabr 2018-ci il

 

Azərbaycan.- 2018.- 25 oktyabr.- S.3.