Vyetnam Sosialist
Respublikasının Prezidenti
Zati-aliləri cənab
Nquyen Fu Çonqa
Hörmətli cənab
Prezident,
Vyetnam Sosialist Respublikasının
Prezidenti vəzifəsinə
seçilməyiniz münasibətilə
Sizi səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Vyetnam arasındakı ənənəvi
dostluq və əməkdaşlıq münasibətləri
xalqlarımızın mənafelərinə
uyğun olaraq bundan sonra da
inkişaf edəcək
və genişlənəcəkdir.
Ölkənizə səfərim zamanı Sizinlə görüşümüzü,
apardığımız ətraflı
fikir mübadiləsini
ən xoş təəssüratlarla xatırlayıram.
Sizə möhkəm
cansağlığı, xoşbəxtlik,
dost Vyetnam xalqının
rifahı yolunda fəaliyyətinizdə uğurlar
diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 24 oktyabr
2018-ci il
Azərbaycan.-
2018.- 25 oktyabr.- S.3.