Con Bolton: “ABŞ
Dağlıq Qarabağ münaqişəsinin
həlli istiqamətində səylərini bundan
sonra da davam etdirəcək”
Oktyabrın 24-də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycana səfərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti ilə görüşündən məmnunluğunu ifadə edən Con Bolton dövlət başçısı ilə ABŞ-Azərbaycan əməkdaşlıq əlaqələrinin müxtəlif aspektləri, dünya enerji bazarında Azərbaycanın rolu, terrorizmə, insan alverinə, narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə, insan haqları, habelə regionda cərəyan edən siyasi və iqtisadi proseslər, region ölkələri ilə münasibətlər və digər məsələlərin müzakirə olunduğunu bildirib.
Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinə
xüsusi diqqət
ayrıldığını diqqətə çatdıran
ABŞ rəsmisi qeyd edib
ki, bu problemin
həlli Birləşmiş Ştatlar üçün də mühüm
əhəmiyyət kəsb edir. Qarşıdakı dövrdə Ermənistana səfər
edəcəyini, məsələ ilə bağlı rəsmi
Yerevanın da mövqeyi
ilə tanış olacağını vurğulayan
Con Bolton əlavə edib ki, ATƏT-in Minsk Qrupunun həmsədri
kimi ABŞ bundan
sonrakı dövrdə də münaqişənin həlli
istiqamətində səylərini davam
etdirəcək.
Azərbaycan.-
2018.-25 oktyabr.- S.1.