Dünya bu gün yenidən Bakıda toplaşır

 

VI Bakı Beynəlxalq Humanitar Forumunda 86 ölkənin və 24 beynəlxalq təşkilatın təmsilçiləri iştirak edirlər

 

Bakı növbəti beynəlxalq tədbirə evsahibliyi edir. Bu gün paytaxtımızın ən möhtəşəm ünvanlarından olan Heydər Əliyev Mərkəzində VI Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayır. İki gün davam edəcək Forumda 86 ölkədən və 24 beynəlxalq təşkilatdan 581 nəfər təmsilçi iştirak edir.

 

Humanitar Forumun beynəlxalq mötəbər tədbirlər arasında xüsusi yeri var

 

Azərbaycan neçə illərdir ki, qlobal səviyyəli tədbirlərə evsahibliyi edən, dünyanın diqqətində olan məsələlərin müzakirə edildiyi siyasi, iqtisadihumanitar mərkəz kimi tanınır. Humanitar mövzulu forumların keçirilməsi üçün Azərbaycanın seçilməsi də təsadüfi deyil. Çünki qədim və zəngin mədəniyyətə malik, müxtəlif ənənələrin, sivilizasiya və konfessiyaların əsrlər boyu dinc yanaşı mövcud olduğu Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün həqiqətən də əvəzsiz məkandır. Xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, tolerantlığı barədə vaxtilə yetərincə məlumatı olmayan dünya Azərbaycanı dinamik inkişafı nəticəsində ildən-ilə daha yaxından tanıyır və onun artan nüfuzunun şahidinə çevrilir. Elə bu amillər də humanitar dialoqa mühüm töhfə verən ölkə statusunu daha da möhkəmləndirir və bu mövzuda dünyanı düşündürən məsələlərin müzakirə edildiyi beynəlxalq tədbirlərin məhz ölkəmizdə keçirilməsini şərtləndirir.

Bu baxımdan ilk dəfə 2011-ci ilin oktyabrında keçirilən Bakı Beynəlxalq Humanitar Forumu ölkəmizin humanitar dialoqda əsasını qoyduğu mühüm beynəlxalq platformadır. Bu tədbirin təşkil edilməsi haqqında qərar 2010-cu ilin yanvarında Bakıda keçirilmiş Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumunda qəbul olunmuşdu. 2010-cu ildə Azərbaycan və Rusiya prezidentlərinin qərarı ilə yaradılan və artıq ənənə halı alan bu Forum tanınmış ictimai-siyasi xadimləri, görkəmli elm, mədəniyyət və incəsənət nümayəndələrini Bakıda birləşdirir. Bakı Forumunun tribunalarından və onun kuluarlarında müxtəlif ölkələrin, regionların və nəsillərin nümayəndələri ünsiyyət saxlayır, diskussiya aparır və ümumi nəticələrə gəlirlər. Əlamətdar haldır ki, bu, məhz Bakıda baş verir.

Çünki Azərbaycan torpağı bütün dövrlərdə tolerantlığı və qonaqpərvərliyi, Azərbaycan xalqı isə yaratmaq və birləşdirmək bacarığı ilə məşhur olub.

V Bakı Beynəlxalq Humanitar Forumunun açılışında Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, "Forum son illər ərzində beynəlxalq aləmdə böyük hörmət qazanıb. Bu Forumun beynəlxalq mötəbər tədbirlər arasında xüsusi yeri var. Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa həmişə çox böyük diqqət verib. Biz hesab edirik ki, dünyada müsbət meyillər güclənməlidir. Beynəlxalq əməkdaşlıq ölkələrarası əlaqələrin inkişafı üçün xüsusi rol oynayır. Son illər ərzində biz bu məqsədlə ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirmişik. Onların arasında əlbəttə ki, Bakı Beynəlxalq Humanitar Forumu xüsusi yer tutur”.

 

VI Forum ölkəmizin inkişaf xüsusiyyətlərini nümayiş etdirmək imkanı verəcək

 

Xatırladaq ki, iki il əvvəl keçirilən V Forumda 80-ə yaxın ölkədən 400 nəfərdən artıq nümayəndə iştirak etdi. Forum çərçivəsində 6 "dəyirmi masakeçirildi. İştirakçılar "Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru”, "İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi”, "Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu”, "Davamlı inkişafekoloji sivilizasiya”, "Molekulyar biologiya, biofizika, biotexnologiyamüasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativetik problemlər”, "Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları” mövzularında fikir mübadiləsi apardılar.

VI Bakı Beynəlxalq Humanitar Forumu isə "Yeni dünyayeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusuna həsr olunub. Bu mövzu ətrafında kifayət qədər maraqlı plenar sessiyalarişçi sessiyalar təşkil olunacaq. Forumun mövzusu məhz ölkəmizin iqtisadi inkişafının insan kapitalına çevirmə modelini və strategiyasını həm milli, həm beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı verəcək.

BMT-nin baş katibinin iki müavini, ISESCO, IRCICA, TÜRKPA, TÜRKSOY, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Parlamentlərarası Birlik, BMT-nin İqtisadiSosial Şurası kimi təşkilatların rəhbərləri, UNESCO-nun, MDB İcraiyyə Komitəsinin rəhbərlərinin müavinləri Forumda iştirak edəcəklər. Həmçinin Sudanın vitse-prezidenti, RusiyaSlovakiya baş nazirlərinin müavinləri, Sloveniya, Uruqvay, Rusiya, Misir, Belarus, İtaliyaEstoniya parlamentlərinin sədr və sədr müavinləri, Gürcüstan, Monteneqro, Özbəkistan, Bolqarıstan, Türkiyə, Sudan, Tacikistan, Qazaxıstan, Ukrayna, Əfqanıstan, Filippin və Bolqarıstandan nazirlər və nazir müavinləri, Qazaxıstan, Türkiyə, Tacikistan və Özbəkistandan ombudsmanlar, 15 ölkədən 40-dan çox deputat, 46 ölkənin diplomatik nümayəndəliklərinin rəhbərləri, çoxsaylı ölkələrdən şirkət rəhbərləri, elm xadimləri, ekspertlər tədbirin iştirakçıları arasında yer alıblar.

Forumda açılış nitqini Prezident İlham Əliyev edəcək. Daha sonra Rusiya baş nazirinin müavini Olqa Qolodets, BMT baş katibinin müavini Rəşid Xalikov, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-tüveycri, UNESCO baş direktorunun müavini Qu Xing və Beynəlxalq Parlamentlərarası Birliyin prezidenti Qabriela Kuevas Barronun çıxışları nəzərdə tutulur.

VI Bakı Beynəlxalq Humanitar Forumunda maraqlı müzakirələr aparılacaq, dünyada sülhün təmin olunması üçün təşəbbüslər səslənəcək. Bu tədbir həm də növbəti dəfə Azərbaycanı dünyaya tanıdacaq. Bakıya gələn hər bir xarici qonaq paytaxtımızın modern yüksəlişinin və ölkəmizin inkişafının şahidi olacaq.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2018.-25 oktyabr.- S.1; 5.