Əbdüləziz bin Osman əl-Tuveycri: “Azərbaycan texnoloji baxımdan da Qərblə Şərqi birləşdirən bir məkandır”

 

"Azərbaycan bir çox aspektlər, o cümlədən texnoloji baxımdan Qərblə Şərqi birləşdirən bir məkandır”.

Bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) İslam, Təhsil, Elm və Mədəniyyət təşkilatı ilə (ISESCO) birgə Rəqəmsal Ticarət Qovşağının ikinci beynəlxalq konfransında ElektronMobil Rezidentlik Proqramının açılış mərasimində çıxış edən ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri deyib. O, İİTKM tərəfindən Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının yaradılmasını böyük nailiyyəti kimi qeyd edib. Müasir dövrdə bu sahədə inkişafın vacib olduğunu bildirən Əbdüləziz bin Osman əl-Tuveycri ölkəmizin texnologiyaların inkişafı istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirib.

 

Azərbaycan.- 2018.-25 oktyabr.- S.6.