Bakı Forumu dünyada
humanitar əlaqələrin
inkişafına xidmət edir
Oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunovu qəbul edib.
AZƏRTACxəbər verir ki, görüşdə VI Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti vurğulandı, bu tədbirin beynəlxalq əməkdaşlığa mühüm töhfə verdiyi qeyd edildi.
Prezident İlham Əliyev Anatoli Torkunovun Forumda iştirakından məmnunluğunu bildirdi.
Rektor Anatoli Torkunov Forumun dünyada humanitar əlaqələrin inkişafına
töhfəsini vurğulayaraq ölkəmizə
xoş duyğularla gəldiyini
və bu mötəbər tədbirdə iştirak etdiyini dedi.
Azərbaycan.-
2018.-26 oktyabr.- S.4.