Baş nazirin müavini
Riçard Raşe: “Slovakiya Azərbaycanla əməkdaşlıqda
maraqlıdır”
Azərbaycan Respublikası Baş
nazirinin müavini Əli Əhmədov VI Bakı Beynəlxalq
Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə
səfərdə olan Slovakiya Respublikası Baş nazirinin
investisiya və informasiyalaşdırma üzrə müavini
Riçard Raşenin rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki,
görüşdə ölkələrimiz arasındakı
mövcud iqtisadi əlaqələr və əməkdaşlığın
genişləndirilməsi perspektivləri müzakirə olunub.
Azərbaycan-Slovakiya əlaqələrinin
inkişaf etdiyini qeyd edən Baş nazirin müavini Əli
Əhmədov hazırda ölkələrimizin iqtisadiyyatın
müxtəlif sahələrində, o cümlədən
enerji, ticarət, investisiya qoyuluşu sahələrində əməkdaşlığının
inkişaf etdirilməsi istiqamətində böyük
potensialın olduğunu qeyd edib.
Slovakiya Baş nazirinin müavini Riçard Raşe Foruma aldığı dəvətə görə təşəkkürünü bildirib. O, Azərbaycanda sürətli inkişafın şahidi olduğunu diqqətə çatdıraraq ikitərəfli əlaqələrin daha da genişlənməsi üçün ölkələrimizin potensialını vurğulayıb. Qonaq ölkəsinin xüsusilə turizm, informasiyalaşdırma və investisiya qoyuluşu sahələrində Azərbaycanla əməkdaşlığa maraq göstərdiyini qeyd edib.
Görüşdə
qarşılıqlı maraq doğuran məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Azərbaycan.-
2018.-26 oktyabr.- S.5.