“Futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik,
mühafizə və xidmət məsələlərinə vahid yanaşma haqqında Avropa Şurası Konvensiyası”nın təsdiq
edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
1. 2016-cı il 3 iyul tarixində Sen-Deni şəhərində imzalanmış
"Futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik,
mühafizə və xidmət məsələlərinə
vahid yanaşma haqqında Avropa Şurası Konvensiyası”
Azərbaycan Respublikasının
müvafiq bəyanatı
ilə (bəyanatın
mətni əlavə olunur) təsdiq edilsin.
2. "İdman tədbirləri, o cümlədən
futbol oyunları zamanı zorakılığın
və xuliqanlığın
qarşısının alınması
haqqında” Avropa Konvensiyasına qoşulmaq
barədə” Azərbaycan
Respublikasının 1999-cu il
28 oktyabr tarixli 732-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1999, ¹ 11, maddə 616) ləğv
edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 oktyabr 2018-ci il.
Azərbaycan.-
2018.- 26 oktyabr.- S.3.