BMT baş katibinin
müavini: “Bu gün Azərbaycan donor ölkəsi qismində
çıxış edir”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində BMT baş katibinin müavini Rəşid Xalikov ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycanda olmasından məmnunluğunu bildirən Rəşid Xalikov VI Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkilatçılığına görə təşəkkürünü bildirib. Azərbaycanın bu gün donor ölkəsi qismində çıxış etdiyini vurğulayan BMT rəsmisi, ölkəmizin humanitar yardım sahəsində fəaliyyətini yüksək qiymətləndirib və bu xüsusda, BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə, eləcə də İndoneziyada baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı Azərbaycan tərəfindən göstərilən yardımları qeyd edib.
Ölkəmizin BMT çərçivəsində həyata keçirilən humanitar layihələrdə fəal iştirak etdiyini bildirən nazir Elmar Məmmədyarov Azərbaycanın yardım alan ölkədən donor ölkəsinə çevirildiyini diqqətə çatdırıb. Bu xüsusda, Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) fəaliyyəti və həyata keçirdiyi humanitar və inkişafa yardım proqramları haqqında qarşı tərəfə məlumat verilib.
Tərəflər, həmçinin
BMT-nin Humanitar Məsələlərin
Əlaqələndirilməsi Ofisi ilə
Azərbaycan arasında əməkdaşlığın gələcək
inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparıblar.
Azərbaycan.-
2018.-26 oktyabr.- S.8.