Misir parlamenti sədrinin birinci
müavini: Azərbaycan beynəlxalq tədbirlərə
uğurla ev sahibliyi edir
Azərbaycanın beynəlxalq səviyyədə möhtəşəm tədbirlərə uğurla ev sahibliyi etməsi çox təqdirəlayiqdir. Altıncı Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə Misir xalqı adından minnətdarlığımı bildirirəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Humanitar Forumda iştirak edən Misir parlamenti sədrinin birinci müavini Əs-Seyyid Mahmud Əş-Şərif söyləyib. O, aktual məsələlərin müzakirəsi baxımından Forumun əhəmiyyətini yüksək qiymətləndirib, ölkəsinin bu cür beynəlxalq tədbirlərdə iştirak etməkdə maraqlı olduğunu söyləyib.
Əs-Seyyid Mahmud Əş-Şərif deyib: "İkigünlük beynəlxalq tədbirdə müxtəlif dövlətlərin nümayəndələrinin iştirakı ilə qlobal problemlər müzakirə olunacaq, əhəmiyyətli mövzular ətrafında fikir mübadiləsi aparılacaq, vacib qərarlar qəbul olunacaq. Bütün bunlar dünyada müxtəlif sahələrin inkişafında əhəmiyyətli rol oynayacaq”.
Ölkələrimiz
arasında münasibətlərin yüksək səviyyədə
olduğunu deyən qonaq
Misirin Azərbaycanla sıx əlaqələri
bundan sonra da davam etdirməkdə
maraqlı olduğunu söyləyib. O, Forumun mədəniyyətlərarası dialoqun inkişafına, xalqlarımız
arasında əlaqələrin genişlənməsinə mühüm töhfələr verəcəyinə
əminliyini bildirib.
Azərbaycan.-
2018.-26 oktyabr.- S.8.