UNESCO-nun xoşməramlı səfiri: “Bakı
Beynəlxalq Humanitar Forumunda
dünyaya önəmli sülh
və dostluq mesajları verilir”
Altıncı Bakı Beynəlxalq Humanitar Forumu yüksək səviyyədə təşkil olunub. Prezident İlham Əliyevin Forumun açılışında söylədiyi nitq çox maraqlı idi. Xüsusilə Azərbaycandakı iqtisadi inkişaf, tolerantlıq barədə maraqlı məlumatlar əldə etdik. Forumun Bakıda keçirilməsi Azərbaycanın tolerantlıq modelinin dünyaya təqdim olunması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Fransanın tanınmış heykəltəraşı və rəssamı, UNESCO-nun xoşməramlı səfiri, təşkilatın sülh üzrə rəssamı, mədəniyyət diplomatiyasının nümayəndəsi xanım Hedva Ser bildirib.
Altıncı Bakı Beynəlxalq Humanitar Forumunun işini yüksək qiymətləndirən Hedva Ser qeyd edib ki, müxtəlif mədəniyyətlərin nümayəndələrini bir araya gətirən bu Forumda dünyaya önəmli sülh və dostluq mesajları verilir. O, Forumda səslənən ideyaların, təkliflərin önəmini qeyd edib.
Bakını sevdiyini söyləyən tanınmış memar burada tarixi
binalarla yanaşı, möhtəşəm
müasir tikililərin də olduğunu vurğuladı.
Azərbaycan.-
2018.-26 oktyabr.- S.8.