Laura Süleyman: “Humanitar Forum problemlərin
həllinin, inkişafın yollarının müzakirə
edilməsi üçün mühüm platformadır”
Bakı Beynəlxalq Humanitar Forumu bütün dünya üçün böyük əhəmiyyət daşıyır. Altıncı dəfədir keçirilən Forumda humanitar sahə üzrə müxtəlif əhəmiyyətli mövzular müzakirə edilir. Humanitar Forumun əhəmiyyəti ondan ibarətdir ki, burada media ilə bağlı mühüm məsələlərin müzakirəsi də diqqət mərkəzində olur. Dünyanı yalnız humanizm qoruya və xilas edə bilər. Bu Forum problemlərin həllinin, inkişafın yollarının müzakirə edilməsi üçün mühüm platformadır.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Humanitar Forumda iştirak edən Livanın NNA agentliyinin direktoru xanım Laura Süleyman söyləyib.
Azərbaycanda humanitar əməkdaşlığa dair bir sıra tədbirlərin
keçirildiyini deyən qonaq
Humanitar Forumda
iştirakından məmnunluğunu bildirib.
O, Forumun AZƏRTAC tərəfindən
təşkil edilən "Yanlış məlumatlandırma
siyasəti – müasir dünyada
sabitliyə təhdid” mövzusunda işçi sessiyasında cəmiyyətin
yanlış məlumatlandırılmasının ağır
fəsadları, bunun dünyada
sülh və sabitlik üçün yaratdığı təhlükələr
barədə müzakirələrin
aparılacağını söyləyib. Xanım Laura Süleyman müasir dövrdə belə mövzulara
diqqət yetirilməsinin önəmini vurğulayıb.
Azərbaycan.-
2018.-26 oktyabr.- S.8.