Halit Eren: “Bakı
Beynəlxalq Humanitar Forumu
aktual problemlərin müzakirəsi
baxımından mühüm əhəmiyyət
kəsb edir”
Artıq altıncı dəfədir ki, təşkil edilən Bakı Beynəlxalq Humanitar Forumu mədəniyyətlərarası dialoqa böyük töhfə verir. Forumda müzakirə edilən mövzular dövrümüzün aktual problemlərini əhatə edir və burada onların həlli istiqamətində vacib fikir mübadiləsi aparılır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində VI Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olan İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (IRCICA) baş direktoru Halit Eren deyib.
Halit Eren bildirib ki,
Forum dünyanın bir
çox ölkələrindən mütəxəssisləri,
dövlət və hökumət rəsmilərini, ictimai-siyasi xadimləri, elm
adamlarını, beynəlxalq təşkilatların təmsilçilərini
bir araya gətirib. Aktual problemlərin həlli, dünyada
yaşanan humanitar
böhranların aradan
qaldırılması istiqamətində yolların
araşdırılması üçün
belə platformaların təşkili olduqca
mühüm əhəmiyyət kəsb edir. Bu cür
beynəlxalq miqyaslı tədbirlər ölkələr və
xalqlar arasında əlaqələri daha da möhkəmləndirir.
Azərbaycan.-
2018.-26 oktyabr.- S.8.