ISESCO-nun baş direktoru: Azərbaycan sülhün,
sabitliyin mərkəzidir
Altıncı Bakı Beynəlxalq Humanitar Forumunda müasir dünyamız üçün çox vacib olan məsələlər
müzakirə edilir. Azərbaycanın bu istiqamətdə gördüyü işlər
təqdirəlayiqdir. Azərbaycan sülh,
təhlükəsizlik məsələlərində
mühüm işlər
həyata keçirib.
Prezident İlham Əliyev dünya miqyaslı liderdir. O, ölkəsinin
inkişafı üçün
mütərəqqi addımlar
atır. Mən 2004-cü ildən buraya gəlirəm və bütün bu proseslərin şahidiyəm. Sürətlə inkişaf edən Azərbaycan sülhün,
sabitliyin mərkəzidir.
Bu fikirləri
AZƏRTAC-a müsahibəsində Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən ISESCO-nun
baş direktoru Əbdüləziz bin Osman
əl-Tuveycri bildirib.
Baş direktor Azərbaycan ilə ISESCO arasında uzun illər ərzində uğurlu, səmərəli əməkdaşlığın
qurulduğu qeyd edib, əlaqələrin bundan sonra da
genişlənəcəyinə əminliyini bildirib.
Azərbaycan. - 2018.-26 oktyabr.- S.9.