“Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası
arasında ekstradisiya haqqında” Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının
Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası
Konstitusiyasının 95-ci maddəsinin
I hissəsinin 4-cü bəndini
rəhbər tutaraq qərara alır:
"Azərbaycan
Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında ekstradisiya haqqında” 2018-ci il iyunun 21-də Bakı şəhərində imzalanmış
Saziş təsdiq edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
1 oktyabr 2018-ci il
Azərbaycan.- 2018.- 27 oktyabr.- S.1.