Cənubi Qafqazın ən böyük büdcəsi Azərbaycanındır

 

İlham Əliyevin inkişaf strategiyası Azərbaycanın 2019-cu ildə də yeni uğurlar qazanmasını təmin edəcək

 

Cari illə müqayisədə 2019-cu ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 768,5 milyon manat, xərcləri isə 1 milyard 680,1 milyon manat çox proqnozlaşdırılır. Konkret ifadə etsək, gələn il üçün respublikamızda dövlət büdcəsinin gəlirləri 22 milyard 917,5 milyon manat, xərcləri isə 24 milyard 780,1 milyon manat nəzərdə tutulur. 2018-ci il üçün bu rəqəmlər müvafiq olaraq 22 milyard 149 milyon və 23 milyard 100 milyon manat təsdiq olunub.

 

2018-ci il iqtisadi inkişafda növbəti uğurlu mərhələ olacaq

 

Son 15 ildə Azərbaycan iqtisadiyyatının inkişafında baş verən kəmiyyət, keyfiyyət dəyişiklikləri miqyası və nəticələrinə görə, sözün əsl mənasında, müstəqilliyimiz tarixində analoqu olmayan nailiyyətlər kimi qiymətləndirilə bilər. Bu dövrdə ümumi daxili məhsul istehsalı real ifadədə 3,2 dəfə, o cümlədən qeyri-neft ÜDM 2,8 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,2 dəfə, əsas kapitala yönəldilmiş vəsaitlər 3 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 1,7 dəfə, dövlət büdcəsinin gəlirləri 13,5 dəfə artıb. 2004-cü ildən 2018-ci ilin oktyabr ayının 1-dək ölkənin strateji valyuta ehtiyatları 28 dəfə artaraq 45 milyard ABŞ dollarını ötüb. Beləliklə, inkişaf səviyyəsini xarakterizə edən bütün əsas göstəricilər əhəmiyyətli dərəcədə yaxşılaşıb, Azərbaycan regionda ən güclü iqtisadi potensiala malik olan ölkəyə çevrilib.

Bu dövr həm də qlobal iqtisadi böhranlarla yadda qalıb. Lakin Azərbaycan qlobal dünya böhranı illərində də öz dinamik inkişafını davam etdirib. Bu təkcə neft amili hesabına olmamışdır. Düşünülmüş, qabaqlayıcı tədbirlər, qanunvericilik bazasının möhkəmləndirilməsi, milli maraqların qorunması istiqamətində atılan cəsarətli addımlar ölkə iqtisadiyyatının dinamik inkişafı üçün mühüm rol oynayıb. Beləliklə, dünyada əlverişsiz iqtisadi proseslərin davam etdiyi, qonşu regionlarda silahlı münaqişələrin və qanlı terror aktlarının baş verdiyi illərdə də Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkəmizdə sabitlik qorunub saxlanılıb, dövlətimizin gücü və beynəlxalq nüfuzu daha da yüksəlib.

Sonuna yaxınlaşmaqda olan 2018-ci il də Azərbaycan üçün möhtəşəm tarixi uğurlarla əlamətdar oldu. İlk növbədə, onu qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin 2016-cı ilin əvvəllərindən başlatdığı yeni iqtisadi islahatlar öz bəhrəsini xüsusilə göstərdi. Artıq indidən bu ilin Azərbaycan üçün növbəti uğurlu dövr kimi tarixə düşəcəyini söyləmək olar. 2018-ci ilin 8 ayında ölkənin əsas makroiqtisadi göstəriciləri üzrə inkişaf müşahidə edilib, 50,5 milyard manat dəyərində və ya əvvəlki illə müqayisədə real ifadədə 0,7 faiz çox ÜDM istehsal olunub. ÜDM-də iqtisadiyyatın qeyri-neft sektorunda istehsal edilmiş əlavə dəyər isə ötən ilin eyni dövrünün göstəriciləri ilə müqayisədə 0,9 faiz çox olub.

Təsadüfi deyil ki, oktyabrın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı çıxışına 2018-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu qeyd etməklə başladı: "2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlindən qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla və vaxtında icra edilir. Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin etmişdir və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamışdır”.

 

Gələn ilin büdcəsi yeni qaydaların tələbləri gözlənilməklə tərtib olunub

 

Təbii ki, müsbət makroiqtisadi göstəricilər gələn il üçün də dövlət büdcəsinin artımla tərtib olunmasını şərtləndirən mühüm nüanslardır. "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi artıq Milli Məclisə təqdim olunub. Yaxın günlərdə parlamentin komitə iclaslarında bu sənədin müzakirəsi başlayacaq.

Layihə ilə tanışlıq göstərir ki, gələn ilin icmal və dövlət büdcəsi "Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq respublikamızın strateji inkişaf prioritetləri, xalqın rifahının daha da yaxşılaşdırılması və digər dövlət əhəmiyyətli məsələlər üzrə qəbul edilmiş proqramların maliyyə təminatı əsas götürülməklə, 2019-cu və sonrakı 3 il üzrə ölkəmizin makroiqtisadi proqnoz göstəriciləri, 2019-2022-ci illərdə gözlənilən iqtisadi meyillər nəzərə alınmaqla hazırlanıb. Xüsusilə qeyd etmək lazımdır ki, 2019-cu ilin həm dövlət, həm də icmal büdcəsi yeni büdcə qaydasının tələbləri gözlənilməklə tərtib olunub. Yeni büdcə qaydası ölkənin xalis maliyyə aktivləri əsasında büdcə ili ərzində xərclənə bilən neft gəlirlərinin və icmal büdcə xərclərinin yuxarı həddinin hesablanması mexanizmini müəyyən edir.

Dövlət və icmal büdcənin layihəsi hazırlanarkən qlobal iqtisadiyyatda gedən son meyillərin təhlili aparılıb, onların ölkənin makroiqtisadi göstəricilərinə, büdcənin əsas parametrlərinə ehtimal olunan təsirləri qiymətləndirilib. Çünki dünya iqtisadiyyatında gedən proseslər Azərbaycan iqtisadiyyatı üçün həm müsbət, həm də mənfi təsir imkanlarına malik çağırışlarla səciyyələnən xarici mühit formalaşdırır. Ona görə xarici mühitdə baş verə bilən hər hansı makroiqtisadi təhdidlərin ölkə iqtisadiyyatına sirayət etməsinin qarşısının alınması 2019-cu ildə həyata keçiriləcək monetarfiskal siyasətin əsas prioritetlərindən biri olacaq.

 

Büdcə gəlirlərində qeyri-neft sektorunun payı yüksəlir

 

Əvvəldə qeyd edildiyi kimi, dövlət büdcəsinin gəlirləri 22 milyard 917,5 milyon manat proqnozlaşdırılır. Bu da ÜDM-in 28 faizi həcmindədir. Beynəlxalq maliyyə qurumları tərəfindən növbəti il üçün xam neftin bir barelinin qiymətinin 60-70 ABŞ dolları ətrafında proqnozlaşdırılması və digər qlobal amillər nəzərə alınmaqla 2019-cu ilin dövlət büdcəsinin neft gəlirlərinin hesablanmasında orta ixrac qiyməti 60 ABŞ dolları olmaqla nəzərdə tutulub.

Büdcə gəlirlərinin 59,8 faiziya 13 milyard 700,3 milyon manatı neft sektorunun, 40,2 faiziya 9 milyard 217,2 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2018-ci ilin proqnozu ilə müqayisədə neft sektorunun gəlirləri 354,3 milyon manatya 2,7 faiz, qeyri-neft sektorunun gəlirləri isə 414,2 milyon manat, yəni, 4,7 faiz çoxdur.

Neft sektoru üzrə büdcə gəlirlərinin 11 milyard 364,3 manatı Dövlət Neft Fondundan transfertlər, 2 milyard 336 milyon manatı vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcək.

Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin 4 milyard 980 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmalar, 3 milyard 451,6 milyon manatı Dövlət Gömrük Komitəsindən daxilolmalar, 785,6 milyon manatı isə digər daxilolmalar üzrə formalaşacaq.

 

Sosialyönlü xərclər 9,9 faiz artacaq

 

2019-cu il dövlət büdcəsinin xərcləri ÜDM-də xüsusi çəkisi 30,2 faiz olmaqla 24 milyard 780,1 milyon manat nəzərdə tutulur. Xərclərin tərtibi zamanı ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafının prioritet istiqamətləri, o cümlədən kənd təsərrüfatının stimullaşdırılması, təhsil, səhiyyə, mədəniyyət, idmanfiziki infrastruktur layihələrinin, dövlət borcu və beynəlxalq aztəminatlı təbəqələrinin sosial müdafiəsinin, dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı məsələlərin maliyyə təminatı nəzərə alınıb.

Gələn il cari xərclərə dövlət büdcəsi xərclərinin 50,7 faizi həcmində və ya 12 milyard 554,2 milyon manat, əsaslı xərclərə isə 39,9 faizi həcmində və ya 9 milyard 891,1 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclərə 9,4 faiz həcmində və ya 2 milyard 334,8 milyon manat vəsait yönəldiləcək.

2019-cu ildə dövlət büdcəsinin xərclərində proqram və məqsədli tədbirlər üçün (əsaslı vəsait xərclər də nəzərə alınmaqla) 10 milyard 314,4 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da 2018-ci illə müqayisədə 2076,9 milyon manatya 25,2 faiz çoxdur. Bu xərclər dövlət büdcəsinin xərclərinin 41,6 faizini təşkil edəcək ki, bu da cari ilə nisbətən 14,3 faiz çoxdur.

Əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də dövlət büdcəsinin sosialyönümlüyünün təmin edilməsi, əhalinin rifah halının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi, bir çox mühüm sosial proqramların reallaşdırılması istiqamətində dövlət büdcəsində müvafiq məbləğlərdə vəsait nəzərdə tutulur. Belə ki, 2019-cu il dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərə ümumilikdə 8 milyard 265,8 milyon manat vəsait yönəldiləcək. Bu, 2018-ci illə müqayisədə 744,5 milyon manatya 9,9 faiz çoxdur. Növbəti ildə sosialyönümlü xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 33,4 faiz təşkil edəcək.

 

Elm xərcləri 4,2 faiz çoxalacaq

 

2019-cu il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi xərcləri üçün 6 milyard 368,4 milyon manat vəsait ayrılıb. Bütövlükdə bu sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 25,7 faiz (ÜDM-ə nisbətən 7,8 faiz) təşkil edəcək.

2019-cu il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahələrdə fəaliyyət xərcləri üzrə məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün 887,6 milyon manat vəsait proqnozlaşdırılır.

Növbəti ildə elm xərclərinə 133,5 milyon manat vəsait nəzərdə tutulur ki, bu da 2018-ci illə müqayisədə 5,3 milyon manatya 4,2 faiz çoxdur. Həmin xərclər fundamental elmi tədqiqatlarla məşğul olan təşkilatların idarə edilməsi, konkret praktiki məqsədlərə nail olmaq üçün yeni biliklərin əldə edilməsi, istifadəsi, qurğuların yaradılması, yeni proseslərin, sistemlərin və xidmətlərin tətbiqi və təkmilləşdirilməsi, qeyri-dövlət elmi-tədqiqat təşkilatları tərəfindən həyata keçirilən fundamental tədqiqatlara yardım üzrə xərclərin maliyyələşdirilməsinə yönəldiləcək.

 

Təhsil xərcləri də artımla proqnozlaşdırılır

 

Təhsil xərclərinə isə 2 milyard 274,6 milyon manat vəsait ayrılıb. Bu, 2018-ci ilə nisbətən 230,6 milyon manat ya 11,3 faiz çoxdur. Gələn il təhsil xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 9,2 faiz təşkil edəcək.

Təhsil xərcləri üçün ayrılmış vəsaitin 1 milyard 289,1 milyon manatı ya 56,7 faizi ümumi təhsil xərclərinin, 618,8 milyon manatı ya 27,2 faizi təhsil sahəsində digər müəssisələrin tədbirlərin, 233,8 milyon manatı ya 10,3 faizi məktəbəqədər təhsil xərclərinin, 44,8 milyon manatı ya 2 faizi orta ixtisas təhsil xərclərinin, 46,1 milyon manatı ya 2 faizi ali təhsilin, 39,7 milyon manatı ya 1,7 faizi ilk peşə ixtisas təhsilinin, 2,2 milyon manatı ya 0,1 faizi əlavə təhsilin maliyyələşdirilməsinə yönəldiləcək.

Səhiyyə xərcləri üçün isə 1 milyard 48,3 milyon manat vəsait ayrılıb. Bu, 2018-ci illə müqayisədə 308,9 milyon manat ya 41,8 faiz çoxdur. Səhiyyə xərcləri üzrə ayrılan vəsaitin 373,1 milyon manatı xəstəxanaların, 117,7 milyon manatı poliklinikaların ambulatoriyaların saxlanılmasına, 545,5 milyon manatı səhiyyə sahəsinə aid edilən digər xidmətlər üzrə xərclərə, 12 milyon manatı səhiyyə sahəsində tətbiqi tədqiqatlar digər xidmətlər üzrə xərclərə yönəldiləcək. Səhiyyəyə ayrılacaq vəsaitin 231,9 milyon manatı məqsədli proqram tədbirlərin maliyyələşdirilməsinə sərf olunacaq.

 

Müdafiə xərcləri cari illə müqayisədə 4,6 faiz çoxdur

 

Müdafiə təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının prokurorluğun saxlanılması xərcləri üçün 2019-cu il dövlət büdcəsi xərclərinin 18,5 faizi həcmində ya 4 milyard 589,6 milyon manat vəsait nəzərdə tutulur. Bu vəsaitin 3 milyard 37,6 milyon manatı və ya 66,2 faizi (2018-ci ilə nisbətən 132,4 milyon manatya 4,6 faiz çox) müdafiə və milli təhlükəsizliyin maliyyələşdirilməsinə, 1 milyard 552 milyon manatı isə (2018-ci ilə nisbətən 167,8 milyon manatya 12,1 faiz çox) məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması xərclərinə yönəldilib.

Növbəti ildə müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərclərində kirayəyə götürülmüş yaşayış sahəsinə görə yaşayış yeri olmayan hərbi qulluqçulara (ehtiyatdaistefada olan hərbi qulluqçular nəzərə alınmaqla) ödənilən pul kompensasiyası, yeni sərhəd-keçid məntəqələrinin tikintisi, avadanlıq və qurğuların, nəqliyyat vasitələrinin alınması üçün müvafiq məbləğdə əlavə vəsait nəzərdə tutulur.

Gələn il icmal büdcənin gəlirləri 29 milyard 724,6 milyon manatya cari ilə nisbətən 1 milyard 599,9 milyon manat çox, xərcləri isə 27 milyard 372,3 milyon manat nəzərdə tutulur. Bu da əvvəlki ildən 797 milyon manat çoxdur. Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 15 milyard 579,2 milyon, xərcləri 11 milyard 364,3 milyon manat, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri bərabər olaraq 3 milyard 928,1 milyon manat, İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olaraq 83,5 milyon manat, Naxçıvan Muxtar Respublikasının gəlirləri və xərcləri bərabər olaraq 383,7 milyon manat proqnozlaşdırılır.

2019-cu il dövlət büdcəsi layihəsində gəlir və xərclərin təhlili göstərir ki, növbəti il üçün əsas maliyyə planı xalqımızın rifahının daha da yaxşılaşmasını və ölkəmizin qüdrətinin yüksəlməsini, iqtisadi inkişafın davamlılığını təmin edəcək. Əsas istiqamətlər üzrə müşahidə olunan artımlar həm də Azərbaycanda həyata keçirilən islahatların real nəticəsidir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2018.- 27 oktyabr.- S.1; 3.