Ölkəmiz dünyaya örnək göstərir

 

İlham Əliyevlə Vladimir Putinin 8 il öncə irəli sürdükləri təşəbbüs ölkəmizi beynəlxalq humanitar əməkdaşlıq və dialoq mərkəzinə çevirib

 

90-dan çox ölkədən, 24 beynəlxalq təşkilatdan 580-dən artıq nümayəndəni "Yeni dünyayeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusu ətrafında bir araya gətirən VI Bakı Beynəlxalq Humanitar Forumu başa çatdı. Ümumilikdə 2 gün ərzində müxtəlif sessiya və panellərdə 150-dən çox məruzə dinlənildi.

Gələcək dünyamızı formalaşdıracaq kreativ ideyalara və onların həyata keçirilməsi yollarının axtarılmasına həsr olunan forumda humanitar əməkdaşlıq üçün çox önəmli məsələlər müzakirə olundu. Yekunda isə Bakı Bəyannaməsi qəbul edildi.

 

Dünyanın siyasi, elmi elitasının nümayəndələrini bir araya toplayan forum

 

2010-cu ildən etibarən Prezident İlham Əliyevin və Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putinin təşəbbüsü ilə keçirilən forum bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatlarını, dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayır.

Forum təşkilatçılarının və iştirakçılarının, təbiət, sosialhumanitar elmlərin, o cümlədən dünya mədəni elitasının nümayəndələrinin qarşıya qoyduqları iddialı məsələ gələcəkdə beynəlxalq səviyyədə baxılması məqsədi ilə yeni humanitar proqramın formalaşdırılmasıdır. Keçirilən forumlarda sosialhumanitar fəaliyyətin bütün sahələrində çalışan mütəxəssislər bir araya gələrək bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yollarını araşdırırlar. Forumun konsepsiyasında BMT-nin Baş katibinin tərəfdaşlığa, vətəndaş cəmiyyətinin həmrəyliyinə, milli hökumətlər və beynəlxalq təşkilatların əməkdaşlığına çağırışı əsas yer tutur.

Bütün bunlar əlbəttə ki, Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə gerçəkləşən foruma marağı getdikcə daha da artırır. Artıq Bakı Beynəlxalq Humanitar Forumu qısa müddət ərzində dünyada çox önəmli beynəlxalq tədbirə çevrilib.

 

Böhranların həlli üçün səylər birləşdirilməlidir

 

Forumda bu qədər ölkənin nümayəndələrinin toplaşması və onun sivilizasiya, mədəniyyətlərarası, millətlərarası, dinlərarası münasibətlərin inkişafına dair dünya miqyasında dialoqun tərəqqisi üçün ən əhəmiyyətli məkanlardan birinə çevrilməsi, əlbəttə ki, Azərbaycan Prezidentinin xidmətidir.

Eyni zamanda, bu forum dünyadakı humanitar böhranların həllində aktorları birləşdirmək istiqamətində irəli sürülmüş mühüm təşəbbüsdür. Azərbaycan Prezidenti İlham Əliyev də forumda son illər dünyada baş verən problemli məsələlərə toxunaraq çoxsaylı münaqişələrin gündən-günə artdığını vurğulayıb.

2018-ci ildə 134 milyon insan qlobal səviyyədə humanitar yardıma ehtiyac duyur. BMT onun tərəfdaşları böhrana məruz qalmış insanların təxirəsalınmaz həyati tələblərini dəstəkləmək üçün 25,3 milyard dollar ayrılmasını xahiş ediblər. Münaqişələr humanitar ehtiyacların ən böyük səbəbi olaraq qalır. Əlavə olaraq, qaçqınların sayı artır onlar daha uzun müddətdə öz doğma ölkələrindən uzaqda qalırlar.

Məhz bu səbəbdən bütün aktorlar, tərəfdaşlar durmadan artan humanitar böhranların həlli üçün səylərini birləşdirməlidirlər. Çünki bu cür münaqişələr fəlakətlə nəticələnir, bütün bəşəriyyət üçün böyük təhlükə törədir.

 

Avrasiyanın əməkdaşlıq məkanı

 

Cəmi 27 ildir ki, müstəqil dövlət kimi yaşayan Azərbaycanın belə bir mötəbər toplantıya evsahibliyi etməsi, sözün əsl mənasında, böyük uğurdur. Bununla yanaşı, ölkəmizdə humanitar əməkdaşlığa dair bir çox mötəbər beynəlxalq tədbirlər keçirilir. Onların arasında BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya Dinləri Liderlərinin Zirvə görüşü, Mədəniyyətlərarası Dialoq Forumu da var. Bu forum görüşlərin keçirilməsi onu göstərir ki, Azərbaycan beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi üçün çox önəmli ölkəyə çevrilib.

Onu da xatırladaq ki, bu il Azərbaycan "Bakı Prosesi”nin 10 illiyini qeyd edir. Forumda çıxış edən Prezident İlham Əliyevin söylədiyi kimi, "Bakı Prosesibeynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir, o cümlədən BMT bu prosesə çox yüksək qiymət verir. Azərbaycan dövlətinin təşəbbüsü ilə 10 il bundan əvvəl Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirləri dəvət edildi. Beləliklə, ilk dəfə olaraq 100-dən çox ölkənin nümayəndələri - müsəlman aləmini Avropanı təmsil edən vəzifəli şəxslər bir araya gələrək humanitar məsələləri, mədəniyyət əlaqələrini, dinlərarası münasibətləri müzakirə etdilər. Ondan bir il sonra bu format təkrarlandı, Bakıda İslam Əməkdaşlıq Təşkilatının xətti ilə keçirilmiş tədbirə Azərbaycan dövləti Avropa nümayəndələrini dəvət etdi.

Həm İslam Əməkdaşlıq Təşkilatına, həm Avropa Şurasına üzv olan dövlət kimi Azərbaycan bu imkanlarından yararlanaraq sivilizasiyalararası dialoqa öz töhfəsini verməyə çalışır. Çünki bu gün həm müsəlman aləmində, həm Avropada multikulturalizmlə, islam həmrəyliyi ilə bağlı gedən proseslər müəyyən mənada narahatlıq doğurur. Ona görə Bakı Beynəlxalq Humanitar Forumunun ənənəvi olaraq keçirilməsi göstərir ki, belə tədbirlərə dünyada çox böyük ehtiyac var.

Forumda çıxış edən qonaqlar da bunu bir daha təsdiqləyərək Azərbaycanın toplantıya yüksək səviyyədə evsahibliyi etdiyini söyləyiblər. Azərbaycanın qlobal səviyyədə humanitar yardım göstərən nəzakətli addımlarını alqışlayan BMT Baş katibinin müavini Rəşid Xalikov bildirib ki, Azərbaycan BMT-nin müxtəlif qurumları vasitəsilə qlobal səviyyədə humanitar yardımı milyonlarla dollar səviyyəsində artırıb.

ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri forumun keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirərək qeyd edib ki, dövlət başçısı ölkəyə uzaqgörənliklə, müdrikliklə rəhbərlik edir, sülh təhlükəsizliyi bütün dünyada təşviq edir. Forumun uğurlu olması isə onu göstərir ki, Azərbaycan problemlərə, ərazi bütövlüyü ilə bağlı çətinliklərə baxmayaraq, irəliyə doğru gedir, inkişaf edir bütün dünyaya örnək göstərir.

 

Milli-mənəvi dəyərlər üzərində qurulan ölkə

 

Forumda Azərbaycanın son 15 ildə bütün sahələrdə qazandığı uğurlardan söz açan İlham Əliyev ölkəmizin Cənubi Qafqaz regionundakı rolu, həyata keçirdiyi transmilli layihələr ən nəhayət, yürüdülən tam müstəqil siyasətlə dünya birliyinin etibarlı tərəfdaşına çevrildiyini söylədi.

Prezident forumda ilk dəfə iştirak edən qonaqların diqqətinə çatdırdı ki, Azərbaycan həm tolerantlıq multikulturalizm məkanıdır. Əsrlər boyu müxtəlif dinlərin, xalqların nümayəndələri ölkəmizdə bir ailə kimi sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşayıblar bu siyasət bu gün davam etdirilir. Odllar yurdu müxtəlif dinlərin nümayəndələri üçün doğma diyar, doğma məkandır.

Ənənəvi dinlərin məbədlərinin - katolik, pravoslav kilsələrinin, sinaqoqların bərpası tikintisi Azərbaycanda reallıqdır. Bu reallıq ölkəmizdə çox gözəl ictimai iqlim yaradır. Müasir Azərbaycan dövləti çox dərin milli-mənəvi dəyərlər üzərində qurulub. Eyni zamanda, Azərbaycan dünyaya açıq bir dövlətdir onun multikulturalizmin ünvanlarından birinə çevrilməsi, bu şərəfli statusu dünya birliyi tərəfindən tanınır.

 

Bəşəriyyətin rifahına xidmət edən humanitar təşəbbüs

 

Bakıda keçirilən 2 günlük forumda müzakirə olunan məsələlərə gəlincə, birinci gündə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində regional tərəfdaşlığın gücləndirilməsi mövzusunda müzakirələr aparılıb. Dayanıqlı İnkşafa dair Bakı Konfransı keçirilib. Bununla yanaşı, 1-ci plenar sessiyada "Təhsil elm insan kapitalının inkişafı kontekstində”, 2-ci sessiyada "İnnovasiyalar yaradıcı iqtisadiyyatın yeni mənbəyi kimi”, işçi sessiyada isə "Multikulturalizm siyasəti cəmiyyətdə sabitliyin təminatı amili kimimövzuları ətrafında geniş müzakirələr olub.

Forumun ikinci günündə "Gələcəyimizə sərmayə: davamlı inklüziv inkişafa doğrumövzusu ilə bağlı ADA Universitetində Azərbaycanda təhsil alan məzunların ilk görüşü keçirilib.

İşçi sessiyada "Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid”, 3-cü plenar sessiyada isə "Bakı Prosesi - İnsan təhlükəsizliyi, sülh davamlı inkişaf naminə mədəniyyətlərarası dialoq: 10 ilin dərsləri perspektivlərimövzusunda mühüm müzakirələr, dialoqlar olub.

Ümumiyyətlə, VI Bakı Beynəlxalq Humanitar Forumu dünyada yüksək qiymətləndirilən bəşəriyyətin rifahına xidmət edən humanitar təşəbbüsdür. Forumda 90-dan çox ölkənin nümayəndələrinin iştirakı isə o deməkdir ki, müzakirə edilən bütün mövzular Azərbaycan həqiqətləri həmin ölkələrə çatdırılacaq.

Bir sözlə, dünya üçün böyük əhəmiyyət daşıyan altıncı dəfədir keçirilən forumda humanitar sahə üzrə müxtəlif əhəmiyyətli mövzular müzakirə edilib. Mütəxəssislər hesab edirlər ki, dünyanı yalnız humanizm qoruya xilas edə bilər. Bakı forumu isə problemlərin həllinin, inkişafın yollarının müzakirə edilməsi üçün mühüm platformadır.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2018.-27 oktyabr.- S.1;3.