Çex Respublikasının
Prezidenti Zati-aliləri
cənab Miloş Zemana
Hörmətli cənab
Prezident,
Çex Respublikasının milli bayramı münasibətilə
Sizə və bütün xalqınıza
öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan-Çexiya
əlaqələri, ölkələrimiz
arasındakı dostluq
və əməkdaşlıq
münasibətləri bundan
sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost xalqınıza daim
əmin-amanlıq və
rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 25 oktyabr
2018-ci il
Azərbaycan.-
2018.- 28 oktyabr.- S.1.