Yeni dünya,
yeni insan formalaşdıraq
Oktyabrın 25-də Heydər
Əliyev Mərkəzində VI Bakı Beynəlxalq Humanitar
Forumunun açılış mərasimi olub. "Yeni
dünya və yeni insan formalaşdıraq: kreativlik və insan
inkişafı” mövzusunda keçirilən foruma 90-dan
çox ölkə və 24 beynəlxalq təşkilatdan
580-dən çox nümayəndə qatılıb. Forum
plenar və işçi sessiyalarla işini davam etdirib.
"Naxçıvan İslam Mədəniyyətinin
Paytaxtı-2018” mədəniyyət ili çərçivəsində
"Ekstremizm və islamafobiyaya qarşı mübarizə
mexanizmi kimi vasitəçilik və dialoq mədəniyyəti”
üzrə milli seminar M.F.Axundov adına Milli Kitabxanada təşkil
olunub.
İslam Təhsil, Elm və Mədəniyyət
Təşkilatının (ISESCO) baş direktoru Əbdüləziz
bin Osman əl-Tuveycrinin iştirakçılara
ünvanladığı məktub oxunub.
Paneldə Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri,
professor İsaxan Vəliyev "Yeni insanın
formalaşmasında dini ekstremizmlə mübarizənin rolu:
hüquqi və fəlsəfi aspektləri” mövzusunda məruzə
ilə çıxış edib. Ekstremizmə qarşı
mübarizədə dövlət siyasətinin mühüm
istiqamətlərindən söz açan natiq cəmiyyətin
gələcək inkişafı naminə beynəlxalq
standartlara cavab verən yeni düşüncə tərzinin
formalaşmasının vacib elementləri barədə fikirlər
səsləndirib.
Tədbirdə Milli Məclisin
deputatı, tarix elmləri doktoru Pərvin Kərimzadə, Mədəniyyətşünaslıq
üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev
və digərləri çıxış ediblər.
Azərbaycan.- 2018.-28 oktyabr.- S.6.