Qax rayonunun Əlibəyli kəndində
yeni ümumtəhsil məktəbi
binasının tikintisi ilə
bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. Qax rayonunun Əlibəyli kəndində
216 şagird yerlik yeni ümumtəhsil məktəbi
binasının tikintisi üçün Azərbaycan
Respublikasının 2018-ci il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Təhsil
Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində
göstərilən məbləğdə maliyyələşməni
təmin etsin.
3. Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2019-cu
il dövlət büdcəsi layihəsində dövlət əsaslı
vəsait qoyuluşu xərclərinin bölgüsündə
bu sərəncamın 1-ci hissəsində göstərilən
ümumtəhsil məktəbi binasının tikintisinin
başa çatdırılması üçün zəruri
olan maliyyə vəsaitini nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
29 oktyabr 2018-ci il
Azərbaycan.-
2018.- 30 oktyabr.- S.7.